Yeyib - içən oğlan, yaman olmaz
Dərdlərdən, qəlblərdən, gözlərdən uzaq məkan - CİMİ
“Burada toy yeddi gün - yeddi gecə olur, lap nağıllardakı kimi...”
Düzü, Bayram Kürdəxanlını o qədər də ciddi adam saymamışam. Və bu qafiyəni - meyxananı söz yığını sayırdım. Amma Qubanın Cimi kədində olduğum üçcə gün, mənim bu qafiyəyə olan məfi münasibətim alt - üst olundu. Qubaya səfərimiz elə də özəl məqsəd daşımırdı.
Davamı...Açar sözlər:
SÖZün AZADlığı və AZADlığın sözü
Əkrəm Əylislinin ziyalı və deputat görəvi
Doğrusu, ziyalılarımız haqqında yazmaq istəmirdim, bu mövzunu Qan Turalı, Elnur Astanbəyli şəxsi inhisara alıblar. Neftə göz dikmək hakimiyyət üçün nədirsə, ziyalıdan yazmaq cəhdi də Turalla Elnur üçün o deməkdir.
Açar sözlər: əkrəm-əylisli
Elnur Astanbəyli | ![]() |
Bir daha fəxri adlar və titullar haqqında
Gözünüz aydın, ADP sədri Sərdar Cəlaloğlu da fəxri ad istəyir. Sərdar bəy deyib ki, ona "xalq mitinq ustası" adı verilməlidir. ADP sədri bunu Eldar Namazovun "Sərdar Cəlaloğluna "əməkdar mitinq ustası" adı vermək lazımdır" sözlərinin qarşılığında deyib. Guya hər iki siyasətçinin yumor hissi dəhşət güclüdür. Ölkədə nələr baş verir, bunların işinə-gücünə bax!
Açar sözlər:

Aydın XAN
Yazıçı-kulturoloq
Günel Mövlud üçün söylədim, Elnur Astanbəyli eşitsin...
Söyləyirdilər, fəqət inanmaq istəmirdim, yaxud Günel Mövludun PR-ı...
Söz yox, zəhləmgetmişin incə yekəsi kimi hamını sancmaqla məşurlaşmaq iddiasında bulunan, bir sözlə, yubkalı - ən yaxşı halda - Hacızamin, ya da şortikli - kəndarası - Seymurbaycan kimi ad çıxaran Günel Mövlud Məhsəti Gəncəvi və Natəvan xanımdan sonra qalmaqallı gender-şüəra titulunu almaqdan ötrü zaman-zaman mən yazışı qıdıqlamaqda, bizləməkdə, tikanlamaqdadır.
Davamı...
Açar sözlər:
Ramin Dekonun meyxana ustadı Oqtay Kamillə müsahibəsi
Vahid ustad olsa da, meyxanaya böyük zərbələr vurub
Oqtay Kamil: «Əgər bu gün nazir arvadı meyxanaya qulaq asmaq üçün telekanala göstəriş verirsə, bunun nəyi pisdir?»
Son zamanlar meyxanaya olan maraq və təlabat artmaqdadır. Hər bir yerdə deyişmə, meyxanalı musiqinin sədaları altında beş-altı gənci toplaşmış görmək olar. Bəzi meyxana ustadları hətta meyxananı indiki gənclərin zövqünə uyğunlaşdırmaq üçün bəzi dəyişiklikləri məqbul sayır. Ümumiyyətlə meyxana nədir? Onun cəmiyyətdə rolu nədən ibarətdir. Bu və ya digər suallara cavab tapmaq üçün meyxana ustadı, “De gəlsin”- 2-nin qalibi Oqtay Kamillə görüşməyi qərara aldıq.
Davamı...Açar sözlər:
Günel Mövlud | ![]() |
Ev iti və qoca ata
Bir kedim bile yok…
Art-yazar, kulturoloq, şair, publisist, QHT-şnik və nəhayət, mənim şəxsi təbliğatçım Aydın Xan Əbilovu ANS-də "Qaynar qazan" verilişini aparan görəndən sonra adamın bu ölkəyə olan bədgümanlığı bir xeyli azalır. Məlum olur ki, hamının bacardığı işdən başqa hər işin qulpundan həvəslə yapışdığı bu dəlixanada adam hərdən hərlənib-fırlanıb layiq olduğu yerə gəlirmiş. Nə paxıllıqdı, qoy efirdə boranısını doğrasın, onsuz da aşıq şeiri məmə, qəzəli ləb-dəhanla dolu ədəbiyyatımız Aydın Xanın ANS-də bozbaş bişirməsindən heç nə itirmir.
Açar sözlər:
Elçin Səlcuq |
KÜTLƏ MƏDƏNİYYƏTİ KÜÇƏDƏN BAŞLAYIR
Çoxları hələ də elə bilir ki, məntiqi Aristotel kəşf edib
Mənəvi ağrının fiziki ağrıdan daha dözülməz olduğunu iddia edənlər yanılırlar. Ən azından ona görə ki, ani ağrıdan - yəni fiziki ağrıdan insan şoka düşə bilər. Mənəvi ağrını tale yükü kimi ömür boyu çəkmək isə bir alın yazısı...
Açar sözlər:
Günel Mövlud | ![]() |
İTV-nin toyunda
Kafir olub din-iman tanımayanda nə olar, dar ayaqda Allah adama mövzunu göydəndüşmə göndərir. Həftə boyu göydən səpilən qar əhədimizi kəsdiyindən, çölə-bayıra çıxıb canlı mövzular-zad görməkdən məhrumuq axı. Əlac qalırdı təkcə Gürcüstanda keçirilən super demokratik seçkilərin nəticəsinə ki, o da bizlik deyil, bığlı-saqqallı siyasətçi əmilər bu məsələni mövzu şəklində artıq inhisara alıblar.
Açar sözlər:
Ramin DEKO
Bizim milli bloqlarımız
Pulsuz yaradılan saytlardan kim necə və nə cür istifadə edir
Kimi intellektuala, kimi erotikaya, kimi də şou-biznesə üstünlük verir - lider erotikadır
Google.com, blogspot.com, tk və bir neçə gəliri milyon dollarla, hətta milyardla ölçülən saytlar var ki, onların nəzdində pulsuz saytlar və yükləmələr var. Kompüterdən başı çıxan hər bir kəs bu saytlarda özlərinə veb səhifə aça bilər. Bütün bunlar rus, ingilis və başqa dillərdə olduğundan bəzi (demək olar ki, hamısı) vətəndaşlar burada özlərinə sayt aça bilmirlər (insafən bloq açmaq çox çətindir). Nəhayət, Azərbaycan dilində də azeriblog.com adlı pulsuz domion-veb saytı Azəri ziyarətçilərinin ixtiyarına verilib. Indi hər kəs çox sadə, tez bir zamanda özünə sayt yarada bilər.
Açar sözlər:
Üzeyir Hacıbəyov
Biz ilə yevropalıların təfavütü
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
- Yazarla Söhbət
- Rafiq Tağı
- Ramin DEKO
- Ramin DEKO
- Yazarla Söhbət
- Rafiq Tağı
- Yazarla Söhbət
- Şahvələd Çobanoğlu
- Fəlsəfi gəzişmə
- Ramin DEKO
- Mass Media
- Yazarla Söhbət
- Hekayə
- Yazarla Söhbət
- Yazarla Söhbət
- Yazarla söhbət
- AZADLIQ
- Rasim QARACA dünyası sizləri gözləyir...
- Müsavat





