YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Məzuniyyətdən öncəki iş

İlham Əliyev son günlər inkişafdan, iş yerlərinin açılmasından və puldan xeyli danışıb yenidən məzuniyyətə getdi. Özlüyündə normaldır, bütün ölkədə prezidentin tez-tez istirahətə və səfərlərə getməsindən, xizək sürməsindən pıçıltı və maraqla danışsalar da, şəxsən mən burada bir qəbahət görmürəm. Problem bunlarda deyil. Ölkədə bizi qane edən bir idarəçilik olsaydı, xalq Ilham Əliyevin işindən və özünün yaşayışından məmnun qalsaydı, onun xizək sürməsindən ikrahla yox, fəxrlə danışardılar. 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyul 17, 2008 19:40 | Siyasət | Şərhlər(1) | Baxış sayı: 84

"Elçibəy heç kəsin qalxa bilmədiyi ucalıqdadır"

 

Vaqif Bayatlı Odər: "Güney Azərbaycanı azadlığa qovuşdurmasaq Elçibəyə borclu olaraq qalacağıq"

Azadlıq Milli Hərəkatının lideri Əbülfəz Elçibəyin 70 illik yubileyi ilə əlaqədar Bəyin yaxın silahdaşlarından olan şair Vaqif Bayatlı Odərlə görüşüb söhbətləşdik

Davamı...

Açar sözlər: əbülfəz-elçibəy 

Yazar: ramindeco | Tarix: İyun 22, 2008 16:03 | Siyasət | Şərhlər(2) | Baxış sayı: 1074

                                   

"Yeni RUH" ziyarətçilərinin istəyini nəzərə alaraq "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin son sözünü diqqətinizə çatdırırıq.

                                     

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 29, 2008 0:02 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 840

             

Zamin HACI

zaminhaci@mail.ru     

  BİR ÇUVAL TƏRƏQQİ

  Xalqımız 15 illik bərbad siyasətin “meyvələrini” dərir 
 

 Ağlım kəsəndən bir sözə həmişə təəccüblənmişəm, həm də ironik yanaşmışam: camaatımız çörəyə əl basıb and içəndə “bu Quran haqqı”, deyir. Müsəlmanların dini kitabını çörəklə eyniləşdirmək gerçəkdən məzəlidir.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 26, 2008 20:05 | Siyasət | Şərhlər(1) | Baxış sayı: 513

                                                    

                      Şahvələd Çobanoğlu 

  İnkişaf nağılı başa çatır

(İnsanı ucuzlaşan ölkədə bahalaşma)  

Hakimiyyətin inkişaf nağılı bitmək üzrədir. İqtisadi tərəqqi, ÜDM-in artımı, yeni iş yerlərinin açılması haqqında İlham Əliyevin başlatdığı təbliğat kampaniyası istər-istəməz dayanır. Daha doğrusu, dayanmaya bilmir.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 26, 2008 19:57 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 670

Xalid Kazımlı

 
Əli Kərimlidən nə istəyirlər? 

İnsanlar başa düşmür: hakimiyyət Əli Kərimlidən nə istəyir. Hətta savadlı, dərrakəli adamlar da bu kampaniyanın hansı məntiqə söykəndiyini, əsl məramının, məqsədinin nə olduğunu anlamırlar.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 25, 2008 18:15 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 419

                                                                       

 Xaliq Bahadır

Taxılı taxta çıxaranlar  

Bizim ekonomist qardaşlar baş sındıra-sındıra qalıblar. İ. Əliyevin son “taxılçılıq” qərarı onları çaş-baş qoyub. İ. Əliyev Dövlət Taxıl Fondunun yaradılması ilə bağlı göstəriş verib. Burası təkcə ekonomist qardaşlara deyil, biz jurnalistlərə də anlaşıqlı bir işdir. Anlaşıqlı olmayan, ekonomistlərin özlərini belə çaş-baş qoyan yeni yaradılan Fondun Fövqəladə Hallar Nazirliyinə verilməsidir. Bununla yanaşı, “ölkədə taxıl, un üzrə dövlət ehtiyatlarını tənzimləmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinə verilib”.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 25, 2008 18:04 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 1964

Pərviz

www.ichiche.azeriblog.com

Pərviz
 

Cənnətin beş addımlığında

İlham Əliyev Zobucuq adlanan ərazidə - Quruçayın üzərində salınmış körpünün açılışında iştirak edib. Və təbii ki, qırmızı lenti kəsib qoyub məcməyiyə. Bu lent parçası tarix baxımından çox mübarəkdi. Dövlət başçısına məlumat verilib ki, körpünün uzunluğu 24,1 metr, eni 9 metrdir. Yəqin ki, ona verilən bu məlumat səhihdi. Uzaqbaşı, 5-6 santimetrin söhbəti gedə bilər.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 25, 2008 17:57 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 574

 

Qubad İbadoğlu
g_ibadoglu@yahoo.com

Qubad İbadoğlu

Azərbaycanın iqtisadiyyatının müasir

durumu: 7 yalan və 7 gerçəklik 

Son zamanlar xüsusilə də tikinti sektorunda həyata keçirilən bahalı layihələrin yaratdığı görüntülər bir tərəfdən hökümətin iqtisadi təbliğatının leytmotivinə çevrilsə də, digər tərəfdən də korrupsiya reytinqinin pisləşməsinə, iqtisadiyyatın beynəlxalq rəqabət qabliyyətinin zəifləməsinə, iqtisadiyyatın bir tərəfli olaraq  inkişafına gətirib çıxardıb, nəticədə reformalar arxa plana keçib, islahat adı altında yalançı institutlar yaradılıb.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 24, 2008 18:56 | Siyasət, Fəlsəfə | Şərhlər(0) | Baxış sayı: 699

Elnur Astanbəyli
molodoy25@box.az

Elnur Astanbəyli
 

Namusun ictimailəşməsi 

Kiçik xalqların hissləri də kiçik olur. Uzağa getməyək, elə özümüzü götürək. Dəhşətli dərəcədə özünəvurğunluq istənilən orta statistik azərbaycanlının qanındadır. Santexnikindən tutmuş ziyalısınadək hansını dindirirsən deyir: «Biz qəhrəman xalqıq». Torpağının 20 faizi işğalda olan bir xalqın özünü qəhrəman adlandırması nə qədər iyrənc səslənir. Üstəlik, bu, özünə vurğunluqdan başqa, həm də özünə hörmətsizliyin əlamətidir. Azərbaycanlıların bütün kiçik xalqlar kimi, özünəvurğunluğunun başqa bir idbar nümunəsi də var: «Biz qonaqpərvər xalqıq». İki cümləmizdən biri budur. Bir dəfə unikal dostumuz, hər dəfə yaxşıca yeyib-içəndən sonra böyük xalqın oğlu olmadığına görə taleyinə üsyan eləyən Nofəl müəllim super bir söz dedi: «Qonaqpərvər xalq olmağımızdan elə yekə-yekə danışırıq ki, guya başqa xalqlar qonağı qapıdan qovur».


 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Aprel 24, 2008 18:27 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 401

Qabaqki yazılar

  Yazılar cəmi: 200    Sonrakı səhifə »