YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

 

 Ramin DEKO

ramindeko@gmail.com

Dözümlü xalqın dözümlülüyü

 Və yaxud gənclər nə demək istəyir!!!

Qazaxda alim də çoxdu, həkim də, müəllim də

aşıqlar var məclis-məclis,

şairlər var toyxana-toyxana, siyasətçilər var

 çayxana-çayxana,

qərəz, bolluqdu qardaş,

bircə mənim şeirlərimin ilk oxucusu çatmır

(Bəxtiyar Hidayət)

Nəinki Qazaxda, Azərbaycanda alim, həkim, müəllim çoxdu. Hətta deyərdim, o qədər artıqdır ki, onlar xarici ölkələrə üz tuturlar. O da məlum ki, aşıqlar məclis-məclis, şairlər toyxana-toyxana, siyasətçilər çayxana-çayxana Qazaxla yanaşı Azərbaycanın istənilən regionunda var.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Fevral 1, 2008 4:43 | Gənclik | Şərhlər(1) | Baxış sayı: 409

Arzu ABDULLA
arzuabdulla@rambler.ru

 

 Sındırılmışlardansınızmı?

 Tez-tezmi bu sözü eşidirsiniz?

  “Hökumətin işlərinə başını soxma, tutub atarlar içəri, sındırarlar”. Məsləhət: Siz buna əməl etməyin. Hər gün, hər an siyasətə qarışın. Çünki siz qarışmasanız da, siyasət sizə baş qoşacaq.
Amerikada yaşayan rəfiqəm deyir ki, ölkədə keçirilən prezident seçkiləri zamanı çoxları bundan xəbərsiz idi. Çünki ora Amerikadır. Kimin başçı olmasından asılı olmayaraq, dövlət nazirlərlə deyil, qanunlarla idarə olunur.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Dekabr 4, 2007 2:11 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 133

Natiq GÜLƏHMƏDOĞLU
natnetaz@gmail.com

 

 Yenə həmin “Dalğa”...

 Və həminki olmayan İran

 Gör nə günə qaldıq, əziz dost. Qabaqlar ölkəmizi qabaqcıl Qərb ölkələriylə müqayisə edib, “vay bizim yaşayışımıza” deyib, dizimizə döyərdiksə, tale bunu da bizə çox gördü.

Xəbəriniz olsun, totalitar deyib yamanladığımız, diktarura deyib lənətlədiyimiz İranda elə bir hadisə baş verib, yazılası deyil. Sizin xətrinizə yazaq bilin.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Dekabr 4, 2007 1:38 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 96

ramindeco

Ramin DEKO

ramin_deco@box.az

 

Röyalaşmışlardansınızmı?

Şor-biznes (ifadə Zeynəb Xanlarovaya məxsusdur) haqda nə az, nə çox düz 77 dəfə yazmışam. Bununla olur 78-ci, amma son deyil. Ona görə ki,şor-bines biz istədik, istəmədik həyatımızın bir parçasına çevrilib.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 4, 2007 20:19 | Gənclik | Şərhlər(1) | Baxış sayı: 126

Futbol əmiləri... 

  ... futbolun gəmiləri 

Azərbaycan futboluna nəzər salanda adamın lap gülməyi gəlir, ölünün lap qıdığı gəldiyi kimi...Bu futbol aləmində insan (oxu: azarkeş) özünü tənha hiss edir...Təkcə tənhamı?...

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 3, 2007 18:34 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 98

İki günün gündəliyi 

18 avqust, şənbə.  O an gəldi. Həm sənətimi, həm də özümü doğrultmalıyam. Çətin tapşırıqdır. Düşmüşəm yollara. İş üçün müraciət etdiyim bütün marketlərdə, ofislərdə, kafelərdə müdriyyətdən başqa, kimi istəsən, görərsən. Bəlkə də, elə bilirdilər ki, vergi müfəttişiyəm.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 6, 2007 23:23 | Gənclik | Şərhlər(2) | Baxış sayı: 93


Ramin

DEKO
ramin_deco@box.az

 Hara gedirik

Gediləcək yerimiz bəlli deyil

 Filosofları, dahiləri, ziyalıları gənclik məfkurəsi,  gənclik predmeti zaman-zaman düşündürüb, bunun həlli yolları axtarılıb. Qismən də olsa yuxarıda sadalananlar nəyisə həll etməyə cəhd göstəriblər. Bəs indi? İndiki dövrdə Azərbaycan ziyalısı bu haqda düşünürmü? Gəncliyə dar gündə (yəni indiki gündə) kömək edirmi? Yolunu azmış gəncliyə mənəvi dayaq dururmu? Düşünsəydi nəsə edərdi və ya etməyə çalışardı.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 4:24 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 102

Bu gün milәli-mütәmәddinәnin bu qәdәr әllәşib çalışmaları, һәr bir işlәrindә göstәrdiklәri sә'y vә tәlaş, һamısı gәlәcәyә әһәmiyyәt nәzәri ilә baxmaqlarından irәli gәlir. Gәlәcәklәrini әһәmiyyәtli vә әziz tutan millәtlәr һeç bir vaxt qeydsiz vә qayğısız olmayıb, һәr an vә һәr dәqiqә çalışırlar. Bunların һәr bir firqә, sinif vә silki özü üçün parlaq bir gәlәcәk һazırlamaqdadır. Caһil vә qafil millәt isә әtalәt vә kәsalәt ilә dolanıb gәlәcәyin qeydinә qalmır, gәlәcәk fikrindә olmur, özünә azuqә axtarmayıb, azuqәsiz qalan adam kimi, bu millәt dә axırda gәlәcәkdәn mәһrum olur, yә'ni yox olub gedir.

Tarixin varaqlarını seyr edәrsәk, bir çox misallar taparıq ki, әn böyük, cәsim vә qәviyyul-şikәmiyyә görünәn, lakin istiqbalını һeç bir һalda nәzәrә almayıb da qәflәt ilә gün keçirәn millәtlәr, ufacıq, az vә zәif, fәqәt һuşiyar vә gәlәcәk fikrindә olan bir millәtin qabağında әriyib, müruri-zaman ilә mәһv vә nabud olubdur vә yaxud öz istiqlalını bәrqәrar vә payıdar saxlamağa qadir olan bir millәt, әtalәt vә bәtalәti ucundan sairәlәrin әlindә münqәriz olub gedir.

Gәlәcәk qeydinә qalmayıb, vaxtlarını münaziә vә münaqişәdә keçirәn knyazlar vә һökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun tәһlükәli kәnarına yetirmişdilәr. Lakin bәsirәtli vә istiqbali-millәti gözlәyәn mininlәr, pojarskilәr Vәtәni o tәһlükәdәn gseri çәkdilәr. Rusiyanın gәlәcәyinә can qurban edәcәk qәdәr çalışan Pyotr Kәbirin sә'y vә cәһdi sayәsindә zәif Rusiya әzәmәtli, qüvvәtli, qonşu qorxuzan bir padşaһlıq oldu.

Gәlәcәyi üçün ciddi surәtdә çalışmağa bel bağlamış Yaponiya bugünki qüvvәt, qüdrәt vә şöһrәtә nail oldu. İranı bu tәәssüflü һala salan istiqbala qarşı göstәrilәn soyuqluq vә qeydsizlik deyilmi?

Hәr bir millәtin bir gәlәcәyi vardır. Bu gәlәcәyin dә yaxşı vә yamanlığı millәtin özündәndir.

Biz indi görürük ki, bizim sәlәflәrimiz bizdәn ötrü nә tövr gәlәcәk һazırlayıbdırlar. İçimizdә olan müxtәlif әmәllәr, fәna rәftarlar, axırımıza çıxacaq qәdәr bizi bezar edәn pis-pis һәrәkәtlәr һamısı sәlәflәrimizin adәtlәri imiş ki, bugünә qәdәr içimizdә davam edib, tәrәqqi vә taalimizә böyük sәdd olmuşdur. Әgәr, sәlәflәrimizin işlәrinә dürüst diqqәt edәrsәk, belә bir nәticәyә gәlә bilәrik ki, sәlәflәrimiz bizi yox etmәk, yer üzündәn götürmәk istәyirmişlәr. Biz dәxi, әlbәttә, sәlәflәrimizә iqtida edәrsәk, gәlәcәk xәlәflәrimiz üçün çox bir әsәfli istiqbal һazırlarıq ki, bәqasi mәşkuk vә dәvamı iştibaһlı olar.

Biz bu gәlәcәyimizi әziz tutub da onun tә'mini üçün çalışmalıyıq. Biz elә bir meydan һazırlamalıyıq ki, övladımız orada kәsbi-qüvvәt etmәyә, bari, bizdәn qalmış mümaniәlәrә düçar olmasınlar.

Biz elә bir münbit yer һazırlamalıyıq ki, gәlәcәk adamlarımızın әmin, arxayın yaşayıb da getdikcә tәrәqqi vә tәkamülünә böyük bir tәkan olsun. Biz indiyә qәdәr ömür sürmüşük, indidәn sonra da ömür sürmәliyik...

Çifayda!

İndi işlәrimizә baxanda vә indiki mövqeimizi nәzәrә aldıqda, gәlәcәyimizin һalı çox mәxşuş görünür. Rusiya inqilabı, ümumiyyәtlә vә ermәni-müsәlman iğtişaşı xüsusilә bizdәn örtü böyük bir zәrbә oldusa da vә bizi qәflәt yuxusundan oyandırdısa da, görünür ki, bir dәfә göz açmağa ixtifa edib, tәkrar mürgülәmәyә başladıq...

Başladığımız işlәrin, bulunduğumuz tәşәbbüslәrin әn böyüyü idareyi-ruһaniyyә islaһilә Dövlәt dumasına vәkil seçmәk idi. Bu böyük vә әn müһüm işlәrin ikisi dә namüsaid olub, nәticәlәri dә ikisi bir yerdә һeçә bәrabәr oldu. Nә etmәli? Tәәssüf yemәklә bir şey olmaz. Yaxşısı budur ki, keçmişdә göstәrdiyimiz qeydsizliklәr ilә bacarıb, nәfm-bәrdar olaq. Hәr һalda çalışaq, lakin işә әһәmiyyәt nәzәrilә baxaq ki, çalışmağımızdan da bir şey һasil ola bilsin.

Qonşuluğumuzda olan iki millәtin gәlәcәk üçün nә cür vә nәzәr ilә çalışmalarını görürük. Qonşularımız elm cәһәtincә bizdәn artıqdırlar.

Onların qeyrәt vә һimmәti dәxi bizdәn artıqdır. Bizlәr dә bunlar kimi ciddi surәtdә çalışmasaq, yәqin ki, axırda bunların müqabilindә һeç mәnzilәsindә qalarıq.

Üzeyir Hacıbəyov 


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 4:01 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 110

    Bir az...           

Yazını oxumazdan öncə güzgüyə baxmağınız məsləhətdir

Gənc necə olmalıdır? Bu sual istənilən dövr üçün müzakirə obyekti olub. Və hər dövrdə də suala bu və digər prizmadan baxıblar. Kimisi gəncin çılğın kimisi isə sakit, hər şeyə boyun əyən, aza qane olmasının tərəfdarı olub.Ancaq zaman göstərir ki, gəcin çılğın olması, onun sakit olmasından daha önəmli, daha fayda verəndir. Bəli, gənc çılğın hər şeyə etiraz etməlidir. Bəs Azərbaycan gənci necə? Yuxarıda söylənən fikiri təsdiqləyirmi? Təbii ki cavab bimənalı olaraq YOXdur. Azərbaycan gənci savadsızdır.Azərbaycan gənci mütidir.Azərbaycan gənci hər şeyə boyun əyir. Azərbaycan gənci hüququn bilmir, hüquqsuzdur.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 24, 2007 9:03 | Gənclik | Şərhlər(2) | Baxış sayı: 168

Qabaqki yazılar

  Yazılar cəmi: 9