YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Pərviz

www.ichiche.azeriblog.com

Pərviz
 

Bizə daha nə göstərəcəklər...

Ölkələrin “birinci kişisi” ifadəsi olmasa da, “birinci xanımı”, “birinci ledisi” olur. Bəzi TV-lərinsə belə bir sloqanı olur: Ailənizin TV-si. Lider də ölkəmizin birinci ailəsinin (birinci ledi olursa, birinci ailə nədən olmasın?) TV-sidi. Liderinsə devizi belədi: “Biz sizə göstərərik”. Bu kəlmə nə vaxt işlədilir? Nümunə verirəm: “Mən sənə göstərərəm Qoçu Əsgər!” Bu ifadə o vaxt dilə gətirilir ki, artıq buna qədər o kəlməni işlədənə nə isə xoşagəlməz bir akt icra edilib. Indi bu ona deyir ki, bir nol sənin xeyrinə, oyunu sən apardın. Ama növbəti addımda, taymda, raundda, savaşda daha mən udacam, mən sənə mənə sataşmağın nə olduğunu göstərəcəm.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 31, 2008 20:58 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 1085

Pərviz

www.ichiche.azeriblog.com

Pərviz
 

Namussuz ər...  

Simsar yoldaşlardan birinin xanımı uzun sürən isti və qızğın dartışmamızın sonunda dəlil-sübutların qarşısında təslim olduğunu hiss elətdirsə də, açıq etirafı özünə sığışdıra bilmədi və çarəsizlik həyəcanı, çıxılmazlıq şiddəti içində belə dedi: “Ay Allah, vicdanlı, namuslu ər mənəmi qalmışdı?” Xanım bayaqdan bəri ərinə, onun həyatda tutduğu yola qiyam eləyirdisə, artıq bu sözlərin ərə zərrəcə dəxli yox idi, bu, birbaşa Yaradana üsyandı.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 27, 2008 19:46 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 430

Zamin Hacı

 ƏZRAYIL BİZİM YERLİYMİŞ...


 “Canı canan diləmiş, verməmək olmaz ey dil...”
 (Məhəmməd Füzuli)
 
 

Camaatımız niyə bir-birinin canını almağa, yıxılana balta vurmağa, yetimə, kasıba qənim olmağa meyllidir? Dostumuz, gözəl yazıçı və publisist Murad Köhnəqalanın misilsiz bir müşahidəsi var. Deyir ki, adamın adının səslənmə forması onun cəmiyyətdə tutduğu yerdən, sosial statusundan çox asılıdır. Məsələn, Şamil adlı şəxsin pulu, vəzifəsi-zadı varsa hamı onu “Şamil müəllim” deyə çağırır.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 27, 2008 19:40 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 406

 

 

Petya və Dima

«Varis məsələsi və Azərbaycan modeli»nə elmi nəzəri baxış

“Rusiyada çox unikal vəziyyət yaranıb”. Rusiyanını yeni seçilmiş prezidenti Dimitri Medvedyev bunu ingilis qəzetlərindən birinə müsahibəsində deyib. Amma bu fikri dəxli omayan suala cavabında işlədib. Buna qədər jurnalist özünü ha öldürüb, Medvedyevdən qopartsın ki, ölkəni onun rəsmi hakimiyyəti dövründə Putin idarə edəcək, ya yox?

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 27, 2008 5:29 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 321

Qan Turalı

qan_tural@yahoo.com

 
Yaltaqlıq sindromu

Bayram günlərində yaltaqlıq pik həddə çatdı. Azərbaycan xalqının kosa və keçəlləri də yaltaqlığa başladılar. Kosa Azərbaycan şahına dedi ki, şahzadənin Novruz bayramını təbrik edirəm. Şah hər zamankı kimi yumurta döyüşündə qalib gəldi. Qarabağ savaşını da yumurta kimi udsaydı daha nə vardı ki? Axır çərşənbə günü Səudiyyə şahzadəsi Bakıya gəldi. Amma nədənsə o şahzadə ilə yox şahın özü ilə görüşdü. Biz cəmiyyətin bütün təbəqələrinin sürətlə ucuz yaltaqlara çevrildiyini görürük. Yazıçılar haqqında geniş danışmağa ehtiyac yoxdur.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 27, 2008 5:24 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 307

Baxın zövq alın

 

Kurtlar Vadisi Çocuklar

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 17, 2008 19:25 | FOTO | Şərhlər(1) | Baxış sayı: 228

Pərviz

www.ichiche.azeriblog.com

Pərviz
 

Mir Şahin mənim qardaşımdı

“Döyüş (BIZIM) alnıMıza yazılıb”  

“Bütün müsəlmanlar qardaşdı” - belə deyirlər... Mən isə deyirəm, qardaşım yoxdu. Onunçün yox ki, mən müsəlman deyiləm və ya onları müsəlman saymıram. 35 milyonluq cənub türkümün bütün hüquqlarını boğan; gavur və qəvi düşmənimə qahmar çıxıb onu yıxılmağa qoymayan, ayaqda saxlayan və deməli, üstümə ayağa qaldıran; Xocalı anım mərasimini dağıdıb elçimizi bihörmət şəkildə atdöşü eləyib qovan, bizdən isə Israilə lənət oxumağı az qala tələb eləyən dindaşdan qardaş olarmı?

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 17, 2008 19:11 | Siyasət | Şərhlər(2) | Baxış sayı: 395

Zamin Hacı

MODERN İŞARƏLƏR

Xalq hələ ki hakimiyyətin ağıl səviyyəsinə çatmayıb 

Hadisələr yaxşı şəkildə üst-üstə düşmüşdü: “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil küçədə bıçaqlanan vaxt, axşamın elə həmin pik saatlarında televizorda prezidentin icra aparatı rəhbəri Ramiz Mehdiyevin yeni kitabı haqda süjetlər verirdilər. Axı biz mistik bir ölkədə yaşayırıq - burada nardaranlılar ancaq Danimarka qəzetlərini oxuyur, yoldaş Mehdiyev isə o boyda aparatı idarə etməkdən imkan tapıb cild-cild kitab yazır.


 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 17, 2008 19:04 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 237

Pərviz

www.ichiche.azeriblog.com

Pərviz
 
  

Qoyun ağılda...  

Bu, elə belədi - bütün diktatura rejimlərində ilin bütün günləri bayram olur; diktatura ən yaxşı halda insanı yalnız dəli eləyir - dəliyə isə həmişə bayramdı. Atlanır-düşür, yersiz sevinir, şənlənir, atəşfəşanlıqlardan ehtizaza gəlir, özündə ruh yüksəkliyi duyur, hökumətin şou-biznez maskaradlarında meymun kimi əylənib-əyləndirir, səmimi qəlbdən SMS aktivliyində bulunub həm özü xoşbəxt olur, həm manısları xoşbəxt eləyir.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 13, 2008 21:13 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 390

 

  

Şahvələd Çobanoğlu,

 “Gündəlik Azərbaycan”ın şef-redaktoru

ÖZBƏKİSTANA HÜCUM 
 

Erməni gülləsi ilə əsgərlərimizi itirmişik, düşmən bizim torpaqdan bizim torpağa atəş açıb, Azərbaycan tərəfi isə and-aman edir ki, atəşkəsi pozmamışıq. Oqtay Əsədov lap məzəli deyib: “Azərbaycan hücum etməyib və sülh prosesinə sadiqdir”.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Mart 9, 2008 5:37 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 681

Qabaqki yazılar

  Yazılar cəmi: 23    Sonrakı səhifə »