YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
  

Şahvələd Çobanoğlu,

 “Gündəlik Azərbaycan”ın şef-redaktoru

 Təhsil nazirinin yuxusu

 Söhbət təhsil nazirimiz professor Misir Mərdanovun gördüyü və təsirindən hələ də ayrıla bilmədiyi bir yuxudan gedir Prezidentin keçirdiyi son müşavirədən sonrakı gecə hörmətli professor çox rahat yatdı. Müşavirə təhlükəsiz keçmişdi. Amma gecənin tən ortasında ayıldı və səhərəcən yuxusunda gördüklərini fikirləşdiyindən yata bilmədi.Əcaib bir yuxu idi... Misir müəllim görmüşdü ki, yenidən tələbədir. Bakı Dövlət Universitetinin ən böyük və ən işıqlı mühazirə zalında dərsdədir, tələbə yoldaşları ilə müəllimin gəlməsini gözləyirlər.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 22:21 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 332

 Kişinin sirri olar!

 Yekəxanalıq kimi çıxmasın, mənim bir oxucum var, o mənə yazır ki, bəs, Qurban bayramının müsəlmanlara verdiyi xeyir, sənin köşə yazdığın qəzetlərin verdiyi xeyirdən daha çoxdur. Çünki həmin gün kasıb müsəlmanın evinə ən azı bir-iki kilo ət gəlir, hamının qazanında ət qaynayır. Sitatın sonu. Adəm övladının ət yanğısının necə qarşısıalınmaz bir şey, nə qədər güclü bir həsrət olduğunu anlatmaq cəhdimdən sonra keçim əsas məsələyə.


 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 22:17 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 206

 İdealist adam  

 Məhəmməd Əmin haqqında ikinci yazı

 Məhəmməd Əmin yazırdı: “Davamız üçün bir müddət elmlə məşğul oldum”. O, yüzlərlə məqalə yazıb. Böyük əsərlər də. “Əsrimizin Siyavuşu” bolşevik həbsindən gizləndiyi günlərdə soyuq başla prosesləri analiz etdiyi və duyğu yüklü gəncliyə müraciətlə bitən fövqəladə bir əsərdir.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 22:04 | Siyasət | Şərhlər(1) | Baxış sayı: 210

Zamin Hacı

“BU GÜN TƏTİLƏ ÇIXMALIYAM”...

Yaxud yol polisi qabaqlar humanist imiş 
 

 Çoxdandır ölkəmizdə zəhmətkeş tətilləri olmurdu. Bu baxımdan, Bakıda bəzi marşrut avtobuslarının xəttə çıxmaması maraqlıdır. Doğrudur, sürücülərin hərəkəti kortəbiidir, ortada heç bir tətil komitəsi yoxdur və ştreykbrexerlər, yəni tətili pozub marşruta çıxanlar tapılır. Eyni zamanda, tutaq ki, hər hansı istiqamətdə gedən marşrutun tətili, başqa marşrutun işləməsi də etirazın səmərəsini azaldır.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 22:01 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 252


 

Şahvələd Çobanoğlu,

 “Gündəlik Azərbaycan”ın şef-redaktoru

 BİZ NƏ BİLƏK Kİ...

 Azərbaycanın iki igid əsgəri həlak oldu. Qəzaya uğrayan hərbi təyyarədə həyatını itirən pilotlar haqqında oxuyarkən faciəni bütün ağrıları ilə hiss etdim. İkisi də hər ölkənin, hər xalqın fəxr edə biləcəyi yüksək hazırlıqlı, əvəzsiz şahinlər imiş. Onların xatirəsini ölkə olaraq ayağa durub sükutla yad etməliyik, onları ölümündən sonra olsa belə tanımaq lazımdır. Fəxrəddin Əsgərov və Əfqan Aslanov Azərbaycanın ən təcrübəli, nümunəvi pilotları olub.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 21:57 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 151

 EQO-lar

 Avanqard – Ədəbiyyatın çağdaş reallığıdır; avanqardsız ədəbiyyat yerində sayır, yaxud da duruxmuş, özünə dalmışdır və bugün-sabah onu verəsidir. Bizim EQO beləcə, əsrin sonuna qəfil cavab kimi, duruxmuş ədəbiyyatın zamana reaksiyası kimi gəldi. 

           

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 4:43 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 254

 
 Pərviz

parvizcebrail@mail.ru 

 100-cü söz

 Azərbaycana əsl İSLAM Babəkin savaşlarının sayəsində gəlib, ərəb ordusunun yox...

 "Alma" "hansı yaxşıdır: Allahsız, yoxsa ağsaqqalsız yerdə oturmaq" sualına cavab axtarışında bulunub. sual tam olaraq belə qoyulub: "Azərbaycanlılar dini hisslərində səmimidirmi?"

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 31, 2008 4:21 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 377

 

Fikrət Hüseynli
f.huseynli@mail.ru

 Artdıqca qüdrətimiz

 Çoxalır iş yerimiz

 Deyirəm, nə dəli olasan, nə də ağıllı. Əlinə qələm götürüb şairlik eləyəsən. Onsuz da hörmətli Vəli Xramçaylı yıxılıb ayağını sındırıb. Bəs bilmirsiniz? Qarlı hava şairə düşmədi.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 30, 2008 20:26 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 136

Natiq GÜLƏHMƏDOĞLU
natnetaz@gmail.com

 

İrəvan kampaniyası

Azərbaycan ziyalıları prezidentdən daha hansı bəyanatları gözləyirlər?

Azərbaycan prezidenti İlham Əliyevin cəbhə bölgələrinə son səfəri zamanı verdiyi bir açıqlama çox böyük maraq və mübahisə doğurdu. O, Ağdamda çıxış edərkən İrəvanın Azərbaycan şəhəri olduğunu dedi. Açıqlamanın bu hissəsi maraq doğurmuşdu.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 30, 2008 20:21 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 141

  

 Seymur Baycan

Gördün?

 Harada itirmisənsə, orada da tapacaqsan.
 (Rus atalarının sözü)

 Sizə qəribə gəlməsin, artıq bu iqtidarı sevməyə başlamışam. Niyə? Çox gözəl işləyirlər. Məsələn, sevimli yazıçımız Əkrəm Əylisliyə bir deputat mandatı verib Novruzəli kimi otuzdurdular parlamentdə. Heç ad günündə də təbrik etmədilər. Əkrəm müəllim də, sadəlövhcəsinə niyə onun Prezident Aparatından təbrik edilmədiyini anlamadı.

 

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Yanvar 30, 2008 20:17 | Siyasət | Şərhlər(0) | Baxış sayı: 109

Qabaqki yazılar

  Yazılar cəmi: 95    Sonrakı səhifə »