YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

 Sabahın Əsgəri

 365 gün əvəzi

Mənim də Vətən borcunu vermək vədəm yetişdi. Iki-üç gündən sonra hamı kimi olmasa da, çoxları kimi bu vətəni qorumağa gedəcəm. Qoruya biləcəyəmmi, bunu zaman göstərəcək. Hərdən dostlar, yarızarafat, yarıciddi “gör bizi kim qoruyacaq” deyirlər. Bəlkə də haqlıdırlar, bəlkə də yox. Ama necə deyərlər, cücəni payızda sayarlar.

Universiteti bitirdiyim gündən ailədə, qohum-əqraba arasında birmənalı olaraq mənə münasibət dəyişib - müsbətə doğru. Indi hər kəs məni yaxşıca əzizləyir. Sanki ildə bir kərə gələn qonaq kimiyəm. Bilmirəm bu universiteti bitirdiyimdəndir, yoxsa yaxın günlərdə əsgərə gedəcəyimlə. Əsas odur ki, hörmət artıb...
Qrup yoldaşlarımın əksəriyyəti artıq ordudadı. Vaxtı çatmayanların hərəsi bir dağın döşündə istirahətdədi, təkcə məndən başqa. Sevimli redaksiyamdan, konseptual dostlardan ayrıla bilməmişəm. Əvvəllər çalışdığım qəzetlərin redaktorları inciməsin, buranın başqa bir aləmi var - öz adına uyğun. Aqil demişkən, “Azadlıq” bir məktəbdir, hərə bir cür qiymət alır bu məktəbdən. Bu son 6-7 ayda mənim hansı qiymət aldığımı isə ancaq rəhbərlik bilər.

                                             Gedim, getməyim...


Mənim üçün yenicə əsgərlikdən qayıdan bir adamın fikirləri çox maraqlı gəlir. Amma kimi dindirirəmsə, hamısı bir ağızdan “mən də gedəndə sənin kimi fikirləşirdim. Amma hər şey başqa cürdür... Həqiqətən çaşıb qalmışam, əsgərliyə gedim-getməyim. Pərviz deyir ki, çıx get ”ordu sənə xeyli mövzu verəcək, həm də kişilik məktəbidir".


                                              Müqəddəs BORCumuz


Hərbiyə heç də yüksək əhval-ruhiyyə ilə yollanmıram. Bir sözlə ovqatım təlxdir. Sıxıntılar çoxları kimi, məndən üz döndərmədi. Dörd il oxuduğum universitetdə “qazandığım” psixoloji gərginliklər sözsüz ki, hərbidə mənə öz sözünü deyəcək. Əsgərliyə getmək istəyirəm. Bu mənim müqəddəs borcumdur. Amma görəndə ki, bu MÜQƏDDƏS BORC hamının boynuna “yazılmayıb”, adamı fikir götürür. Cəmiyyət məğlub bir durumdadır. Indi böyükdən kiçiyə heç kim heç nəyin düzələcəyinə ümid etmir. Iqtisadi, siyasi, mədəni, idman və başqa adını çəkmədiyimiz bütün sahələr korrupsiyaya bulaşıb. Telekanallarda göstərilən dəyərsiz şoular gənclərin təfəkkürünü əməlli başlı korlayıb. Bunu nəticəsidir ki, qrup yoldaşlarımdan biri “kişi əsgərliyə getməz”,- deyir. Bax budur cəmiyyətin iç üzü... gənclik belə düşünür. Budur telekanalların hər gün bizə mavi ekranlardan aşıladığı mədəniyyət. O mədəniyyət ki, sıradan bir azərbaycanlı ƏSGƏRLİK XIDMƏTİni kişilik saymır, baxmayaraq ki, o indi əsgərlikdədir, komandirə “çest” verir.


                                          Hələlik, dostlar!


Həqiqi sözümdür, beynim dumanlıdır. Artıq indidən darıxmağa başlayıram. Çünki qarşıdakı bir ildə universitetdə oxuduğum dörd il ərzində qazandığım dostlarımı görməyəcəyəm. Bu çox ağırdır, həqiqətən. Ancaq bu bir ildə bəlkə də telefon dəstəyindən səslərini eşidəcəyim dostlarımla sağollaşacağım günə özümü hazırlayıram. Pərvizi, Seymuru, Şahvələdi, Ağa Cəfərlini, Aqili, Turalı, “Azadlıq”ın o biri uşaqlarını bir ildən sonra görəcəyəm. Yaman ağır gəlir. Mən bir il Pərvizin yanında oturub onun redaktələrini, Xalidənin yazılarına əsəbləşməsini görə, Seymurun gənclik haqqında mühazirələrinə qulaq asa, Şahvələdlə bir çaynik çay içib “Gündəlik Azərbaycan”la bağlı xatirələrini sorulaya, Aqillə onun reportajlarını müzakirə edə, Turalın “o nə yazıb e”, Elçin Səlcuqun “ya skazal” rəşadətli kəlmələrini eşidə, Ağa Cəfərliylə pivə içə, Elşənin dilə gətirilməyəcək, özümə sığışdırıb deyə bilmədiyim “alqışlarını” duya bilməyəcəyəm. Bax buna görə bu dostlardan uzaqlaşmaq mənə ağırdır. Düz bir il, yoxxx - 365 gün! Hələlik, dostlar, 366-cı gündə görüşənədək...


                                           Son söz əvəzi


Hər dəfə yazını qurtaranda sevinərdim, bütün yazarlar kimi. Amma bu dəfə yox.
Bilmirəm bu yazını mən necə yazdım. Fikirlərimi cəmləyə bildimmi?.. Yazı alındımı?... Bir il sonra deyərsiniz...

 


Açar sözlər:

Yazar: ramindeco | Tarix: İyul 14, 2008 0:11 | Media | Şərhlər(2) | Baxış sayı: 1286

Şərhlər

1
Aqil Xelil yazıb:

Ezizimiz Ramin Deko! Kovreltin biz QARDAS... Qaqam sene AZADLIQSEVERler adindan herbide uqurlar arzulayiram. Men tam eminem ki, seni orada da sevecekler...

İyul 14, 2008 21:39
2
Ramin DEKO yazıb:

Həyat davam edir Aqil. İnşallah hərbini AZADLIQın adına uyğun başa vurub qayıdacam...

İyul 14, 2008 22:12

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha