"Yeni RUH"lu insanların suallarını Natiq Cavadlı cavablandırır

"Elmarın qətilini sifariş verəni nişan alıb vurardım"
Natiq Güləhmədoğlu: Bu vaxtadək ən mənasız müsahibin kim olub? Ümidvaram ki, cəsarətli bir adam kimi sualdan yayınmayacaqsan.
- Mənasızlığın özündə bir məna tapmaq olar. Məna olmasaydı mənasızlıq olmazdı. Gerçəklik isə öz imkanları səviyyəsində daha çox mənasızlığa xidmət edir. Əgər gerçəklikdə yaşayıb işləyiriksə, deməli mənasız əmələrimiz də olur. Bu baxımdan mənasız müsahiblərim olub və olacaq. DİP sədri Asim Mollazadə ilə müsahibələrim mənasızlığı ilə seçilir. Yaxud «Gündəlik Azərbaycan»da işləyərkən BAXCP sədri Qüdrət Həsənquliyevdən ilk müsahibəm çox mənasız idi. Maraqlıdır ki, bu mənasız müsahibədən «Yeni Müsavat»da mövzu işlənmişdi. Nədi nədi o Müsavat rəhbərliyini ittiham etmişdi. Hazırda isə ən mənasız müsahibələrim AXCP sədri Əli Kərimli ilə alınır. Çünki ona istədiyim sualları verə bilmirəm. Ümumiyyətlə, onunla söhbətdən fərəh duymuram. Görürsünüz, mənasız müsahibələr silsiləsində vaxtilə AXCP rəhbərliyində olan şəxslər üstünlük təşkil edir.
Elçin: Niyə həmişə müsahibinlə jurnalist deyil, müstəntiq kimi davaranırsan?
- Son zamanlar bu müstəntiq söhbətini çox eşidirəm. Gəlin, müsahibə məsələsinə Azərbaycan çərçivəsində yox, əhatəli yanaşaq. Rusiya mətbuatını oxuyun, konkret olaraq «Novaya vremya», «Exo Moskvı» radiostansiyasının saytını nəzərdə tuturam. Məsələn, jurnalist Sorokinanın Yevgeni Primakovla «Exo Moskvı» radiostansiyasındakı müsahibəsi heyrətamiz sayıla bilər. Ümumiyyətlə, Rusiyanın müstəqil jurnalistlərinin müsahibələrini oxusanız gözünüz önündə hansı mənzərənin yarandığını görər və müstəntiq ifadəsindən qurtularsınız. Ötən əsrin 70-ci illərinin ədəbi- tənqidini xatırlamaq istərdim. Həmin vaxt bir çox «tənqidçilər» yazıçı haqqında elə məqalə yazırdı ki, bu, tərcümeyi-haldan az fərqlənirdi. Çox standart cümlələrlə başlayır, sonra tərif, ortada əsərin süjeti haqqında necə, nə cür sualı və ötəri cavab, sonda isə «belə olsaydı daha yaxşı olardı» «tənqidi» və bu, olurdu ədəbi tənqid. Yaxud ədəbi-tənqiddə partiyanın ideoloji şöbəsindən qaynaqlanan bir inzibatçılıq olurdu. Bu, həm də tənqid-kritika sözünün rus dilinə səhv tərcümə olunmasından irəli gəlirdi. Əslində, tənqid təhlil deməkdir və filosof-tənqidçi Asif Əfəndiyev xatırlatdığım standartları darmadağın etməklə tənqidin nə olduğunu və necə yazılmasını göstərdi. Əgər ədəbiyyat bir fəlsəfi-bədii hadisədirsə hər hansı nəsr və poeziya haqqında yazılan tənqidi məqalədə fikirlə bədiййат niyə çuğlaşmasın? O cümlədən söhbət müsahibədən gedirsə niyə burda mübahisə olmasın. Bilirsiniz, ədəbiyyatda da, musiqidə də, sənəddə də, elə jurnalistikada da onlardan artıq bir şey olmalıdır. Yəni bunlar təkcə özlərinə bərabər olmamalıdır və hər hansı janrda yazılan əsər öz standarları çərçivəsindədirsə, ondan artıq deyilsə, bu, elə kolxoz ədəbiyyatıdır ki, bunu gördük. Eyni ilə müsahibə sual-cavab monotonluğunda qalacaqsa, bənzərsizlik, narahatlıq olmayacaq və oxucu elə илк suallardan yorulacaq. Təəssüf ki, Azərbaycan jurnalistilkasında hələ də sovet jurnalistikasından «sual ver-cavab al» xətti əsas götürülür və bununla da müsahibədə mübahisəyə gətirəcək suala yol verilmir. Ancaq bəzən hiss olunur ki, müsahib jurnalistlə söhbətdə elə məqamlara üstüörtülü toxunur ki, bununla jurnalistdən əlavə sual istəyir. Amma həmkarlarım dərinə getmək istəmirlər və çox maraqsız söhbət alınır. Rus mətbuatında isə əks mənzərini Eynulla Fətullayevin köməkliyi ilə gördüm. Eynulla mənə Rusiyanın ən demokratik mətbuatını oxumağa məsləhət görürdü. Beləliklə, biz «Gündəlik Azərbaycan»da müsahibə janrının köhnə qaydalarını darmadağın etdik.
Vüsalə: Deyirlər Elmar Hüseynovun öldürülməsindən sonra jurnalistlərin gözü qorxdu. Bu həqiqətdirmi?
- Təəssüf ki, bu doğrudur. Amma bu qorxu yalnız müəyyən zaman davam etdi. Əks təqdirdə Qənimət, Mirzə Sakit, Eynulla həbsdə olmazdılar. Bir sözlə qorxu müəyyən dövrdə yerisə də, amma tapdalaya bilmədi. Tapdalasaydılar Mirzə Sakit o cür həcvlər yazmazdı. Qənimətlə Eynulla Heydərizmi darmadağın etməzdi. «Realnıy Azerbaycan» qəzetinin nəşri əslində «Monitor»un davam idi. Və yaxud Aqil Xəlilin, Emil Hüseynovun dönməzliyi, Şahvələd Çobanoğlunun, Natiq Güləhmədoğlunun, Hacı Zaminin cəsarətli və satirik köşələri jurnalistikanın etirazçı varlığını bir daha təsdiqlədi. Ona görə də hökumət hələ istəyinə tam nail ola bilməyib.
Natiq Ədilov: Elə bir müsahibin olub ki, söhbət əsnasında onun üzünə tüpürmək istəmisən?
- Şərin üzünə tüpürərlər, rəqibin yox. Müsahiblərimə də rəqib kimi baxıram, şər kimi yox. Düzdür, hökumətpərəst müsahiblərin çıxışlarında şər elementləri olur, ancaq onları sındırmaq daha məqbuldur, nəinki tüpürmək. Tüpürəndə elə başa düşər ki, mən acığımdan, hirsimdən və acizliyimdən tüpürürəm. Ancaq bunun əksi olaraq məntiqlə onların «arqumentlərini» sıradan çıxarmaq üzlərinə tüpürməkdən qat-qat yaxşıdır.
Vüsal: Müsahibə almaqdan yorulmamısınız?
- 2000-ci ildə Müsavat başqanı İsa Qəmbərə sual vermişdim ki, siyasətçi olmaqdan yorulmamısınız ki… Sadəcə, bığaltı gülüşü ilə cavab vermişdi. İndi də elə. Jurnalistika mənim işimdirsə, niyə yorulmalıyam ki. Əksinə elə yazılar olur ki, onlardan müsbət enerji alıram və bu məni daha da ruhlandırır. Ona görə də yorulmaq söhbətin söz lüğətindən çıxartmaq lazımdır.
Natiq: Bin Ladendən müsahibə götürməli olsanız və sizə cəmi iki sual vermək şansı versələr, sizin suallar necə olar?
- Bin Ladenlə söhbəti iki - islam və Amerika kəşfiyyatı ilə əlaqələri yönündə qurardım. Yəqin ki, burdan da sualların necə olacağı aydındır.
Ayka: Məncə siz daha yaxşı müsahibələri “Gündəlik Azərbaycan” da işləyən zaman almısınız. Indi niyə o müsahibələr götürmüsünüz, redaktor qayçılayır yoxsa başqa səbəblər var?
- «Gündəlik Azərbaycan» tamam başqa aləm və əlahiddə bir meydan idi. Ona görə də «Gündəlik Azərbaycan»la hansısa qəzeti və «Bizim Yol»u müqayisə etməyin. Təsəvvür edin ki, «GA»-nın redaktor korpusunda düşüncə baxımından bir-birinə zidd beş redaktor fəaliyyət göstərirdi. Onların siyasətə, dinə, ədəbiyyata, siyasi xadimə, qadın-kişi münasibətləri tamamilə fərqli idi. Elə bir gün olmurdu ki, redaksiyada fikir dartışması olmasın. Hələ bura köşə yazarlarını və «Realnıy Azerbayjan»ın sayca kiçik, amma mahiyyətcə böyük kollektivini əlavə etsəm görün hansı mənzərə yaranır və bu mənzərədən mən müsahibim qarşısına hansı suallarla çıxıram. Həm də müsahibəyə gedərkən baş redaktor Eynulla Fətullayev və şef- redaktor Şahvələd Çobanoğlu ilə məsləhətləşmələri nəzərə alsanız onda Sizə hər şey aydın olar. Yaxud elə bir məqam olurdu ki, müsahibə zamanı yalnız Eynulla və hər hansı müxbir həmkarımla məsləhətləşirdim. Amma onu da nəzərə alın ki, «Bizim Yol»da Rəbiyyət Aslanova, İsa Qəmbər, Nuşirəvan Məhərrəmli, Pənah Hüseyn, Eldar Zeynalov, Rasim Musabəyov, Arif Əliyev və digərləri ilə uğurlu müsabələrim olub. Bununla belə «Gündəlik Azərbaycan»dakı uğuru göstərmək mümkün deyil. Mənə elə gəlir ki, səbəbi göstərə bildim.
Natiq Ədilov: Sizin Alahınız var?
- Mənim Allahım var - O Mütləqdir. Mütləq təbiətdə, kainatın ahəngində, mənəviyyatda, dostluqda, doğmalıqda, gözəllikdə, idrakın sonsuz axtarışında, zəkanın şiddətli ehtizazında yaşayır və yaşadır. Sözə sığmayıb nisbi hadisələrin daxilində yaşayandır Mütləq. Bəşər Mütləqi yunan allahlarında, Mİsir məbədlərində, semit dünyagörüşündə axtarsa da, bu onun mütləq arzularına, istəklərinə və tələblərinə cavab vermirdi. Cavab versəydi, tarixdə səlib yürüşləri, Papanın qızını zorlaması və Peybəmbər hərəmxanası murdarlığı olmazdı. Bir sözlə dinin mütləq axtarışı bəşəri iflasa apardı. Цмумиййятля, дин юзц материализмдир вя инсаны интищара сясляйир. Ъяннят-ъящянням наьыллары вя бцтцн зювгляря о дцнйада йетишяъяйимиз щаггында вядляр дедиклярими тясдигляйир. Ədəbiyyatın mütləq axtarışında isə müəyyən uğurlu çalarlar özünü büruzə versə də, ədəbiyyat insanı dəyişmədi. Əksinə ədəbiyyatın allahları, peyğəmbərləri və şahları mütləq simasında vəsf etməsi ona gətirib çıxartdı ki, şair, yaxud yazıçı siyasətçinin əlini öpdü. Konkret olaraq, Rəfiq Zəka Xəndanın Heydər Əliyevin əlindən öpməsini göstərmək olar. Fəlsəfəyə gəldikdə, Mütləq Hegel yaradıcılığında özünü aşkarlasa da, bu son nəticədə dialektikaya çevrildi. Hegelin mütləqində mütləqdən əsər-əlamət yoxdur. Çünki onda mütləq dəyişkəndir, o təzahür etmir, dəyişir. Bu, onu göstərir ki, Hegel öz mütləqinə inanmır. Əgər inansaydı Hegelin idrakının əsrarəngizliyindən danışmaq olardı. Sadəcə, Hegelin idrakı onu ilk dəfə oxuyan üçün valehedici görünür. Ancaq alman filosofunu dərk etdikcə o heyrət dumanı yoxa çıxır. Şopenhauerin mütləq iradəsində isə fəlsəfədən çox siyasət var. Təəssüf ki, fəlsəfə tarixində bu cür cərəyanlar fəlsəfəni siyasətin xidmətçisinə çevirdi. Qalan fəlsəfi cərəyanlarda isə Mütləq ümumiyyətlə xatırlanmır. Çünki filosoflar inamsız idilər. Onlar ифрат дяряъядя dinə вя аьыла daha çox inanırdılar, nəinki özlərindəki mütləqə. Бир сюзля Авропа фялсяфяси расионализм вя иррасионализмин гаршылыглы иттищам ъябщясиндян гуртула билмяди вя бу сонда фялсяфянин рийазиййатлашмасы иля сонуъланды. Ancaq insanın sonsuz düşünmə qabiliyyəti, Sizif yükü, Budda imtinası, Şveyser usanmazlığı, Hürufilərin «Mənəm Allah» aşiqliyi Mütləq axtarışının təzahürlərindən başqa bir şey deyildir. Bilirsiniz insan hər şeydə bir mütləq axtarır, əks təqdirdə insan adlı varlıq tükənər və tarixdə sadaladıqlarım da olmazdı. Ona görə də dünyaya nikbin baxmaq lazımdır. Bu təskinlik deyil. Və mənim heç kimə nə təskinlik, nə də məsləhət verməyə halətim yoxdur. Sadəcə dünya tarixində 5-10 oxunmalı kitabı öyrənib çoxlu düşünmək lazımdır. Bu dünyaya bir dəfə gəlirik. Daha bir-birimizlə mübahisə etməyəcək, dalaşmayacaq, sevişməyəcəyik, körpəlik nağılını yaşamayacağıq.
Günay: Sizin idealınız kimdir?
- Mənim idealım Asif Atadır. O səhv və özünə inamsızlıqdan doğan fikirdir ki, həyatda ideal heç nə yoxdur. Əgər həyatda ideal heç nə yoxdursa, onda niyə göz yaşı var, onda niyə itki var, ayrılıq var, qovuşma var, onda niyə biz söhbət edirik? Ümumiyyətlə onda niyə bu sualları mənə verirsiniz? Gəlin, orta səviyyəli bir məntiqlə düşünək, müharibə sözü deyilən bir şey var və bunu insanların, dövlətlərin, millətlərin savaşları törədibdir. Yaxud mürid sözü varsa, deməli mürşüdlük yetirib bunu. Beləliklə, ideal var və olacaq. İnsan idealsız yaşaya bilməz. İdealsız həyat, idealsız ömür müsiqisiz və təbiətsizdir. Belə olanda isə şaxsey-vaxsey bağırtısı ilə qəbiristanlığa gedirik. Bunlar gəlişi gözəl sözlər və pafos deyil, reallıqdır. Asif Atanın mənə verdiyi dərs budur. Beləliklə, bir haşiyə: əslində mən müsahiblərimi yox, onların içindəki balaca məni sındırıram. Bu mənim onların Böyük Məni ilə söhbətimdir. Bunu mənə İdealım deyir, Mütləqim deyir.
Gündüz: Hansı jurnalist sizin kumirinizdir?
- İdealı olanın kumiri olmur. İdealdan, mütləqdən danışan üçün kumir çox kiçik söhbətdir. Jurnalistikaya gəldikdə, bu peşənin əlifbasını Tahir Paşa, Fatma Hacınəvəsi, texnikasını və yazılmamış qaydalarını Şahvələd Çobanoğlu və Eynulla Fətullayev öyrətdi. Sonuncuların biri gələcəyin filosofu, o biri isə siyasətçisidir.
Dünya: Əgər sizə şərait yaratsalar bu hökumətin hansı məmurundan müsahibə götürərsiniz? Və ona ilk sualınız necə olacaq?
- Daha çox korrupsiyaya bulaşmış gömrük, iqtisadi inkişaf, təhsil, səhiyyə, nəqliyyat sahələrinə rəhbərlik edən nazirlərdən müsahibə almaq istərdim. Amma Azərbaycanın korrupsiyaya bulaşmayan sahəsi olmadığından elə İlham Əliyevdən müsahibə alardım. Çox maraqlı müsahibə alınardı və mütləq «niyə yalan danışmaqdan yorulmadın» sualını verərdim. Heç nə yox, üç-dörd sualdan sonra dövlət başçısı daxil bütün nazirlərin korrupsioner rejim yaratmaq etirafına nail olaram. Bilirsiniz, indiki hakimiyyətin məntiqsizliyi onları çox asan çıxılmaz duruma salmağa şərait yaradır. Ən asan müsahib isə Ramiz Mehdiyev olardı, xüsusən onun «fəlsəfi monoloqları»nı özünə güldürərdim.
Gülşən: Bir gülləniz olsa onu kimə vurardınız? Xahiş edirəm ad çəkin...
- Elmarın qətilini sifariş verəni nişan alıb vurardım. Yəqin söhbətin kimdən getdiyi aydın oldu.
Vüsal: Özünüzdən sonra müsahibəyə tam hazır kimləri görürsünüz?
- «Xural» qəzetində maraqlı müsahibələr olur. Amma suala özünüz cavab versəniz daha yaxşı olar.
Xalidə: Natiq bəy, elə gəlmirmi ki, Sizdən savayı mətbuatda radikal müsahibə alan yoxdur
- Radikal müsahibə olmur, müsahibə elə müsahibə olur. Qalanları isə müsahibə deyil.
Oqtay: Siz niyə ancaq müsahibə alırsınız? Başqa janrlarda yaza bilmirsiniz, yoxsa müsahibə vasitəsi ilə müsahibini mənən sındırırsan?
- Yəqin ki, «Gündəlik Azərbaycan» qəzetində ANS telekanalının bu günki vəziyyətə düşəcəyi ilə bağlı yazımı oxusaydınız, bəlkə də bu sualı verməzdiniz. Yaxud Sumqayıtın problemləri, Səid Dadaşbəylinin həbsi ilə bağlı araşdırmanı oxusaydınız onda bilərdiniz ki, təkcə müsahibə ilə kimlərisə sındırmıram.
Dünya: Sizin üçün ən çətin müsahib və ən rahat müsahib kimdir?
- Rahat və çətin müsahiblər olmur. Maraqsız və maraqlı müsahiblər olur. Yuxarıda da maraqsız müsahibləri xatırladım. Çətin müsahiblər dövrü isə arxada qaldı. 5 il əvvəl İsa Qəmbərlə müsahibə çox çətin olurdu. Müsavat başqanı jurnalistlə söhbət edəndə suallar üçün bütün «qapı və pəncərələri» bağlayır, hətta elə jestlər edir ki, jurnalist çaşqın duruma düşür. Son illərin təcrübəsi və siyasi xadimlərin psixologiyasını öyrənməyim çətin müsahibələri asanlaşdırıb.
Ulya: Müsahibəyə əvvəlcədən hazırlaşırsınızmı?
- Daha çox psixoloji baxımdan hazırlaşıram. Çünki siyasətçiləri və prosesləri daim izlədiyimdən bütün sualları əvvəlcə özümə verib bir neçə variantda cavab hazırlayıram. Yəni özümü müsahibin durumuna salıram. Eyni zamanda baş redaktorla, redaktorla və hətta müxbir həmkarlarımla məsləhətləşirəm. Futbolun dili ilə desək çalışıram həmişə müsahibin meydanında oynayam. Ola bilər ki, hansısa məqamda ona öz ərazimə daxil olmağa imkan yaradım. Ancaq bu imkan elə bil aldadıcı səciyyə daşıyır ki, növbəti sualla rəqib çaşqın duruma düşür və «qapıdan top buraxır». Yəni quş buraxır.
Bənövşə: Nə əcəb özünüz - özünüzdən müsahibə almırsınız?
- Mən baş nazirin müavini Elçin Əfəndiyev və Ədalət Partiyasının sədri İlyas İsmayılovun müəllif hüquqlarını əllərindən almaq istəmirəm.
Babək: Sizə elə gəlmirmi ki, çox qərəzlisiniz?
- Ola bilər. Amma jurnalist müsahiblərinə qarşı yaxşı mənada daima amansız olmalıdır. Amansız olmayan jurnalist müsahibdən nəsə umana oxşayır. Yəqin ki. söhbətin nədən getdiyi məlumdur.
Nadir: Bu günki jurnalistikanın durumunu görüb, mətbuatdan getmək fikrinə düşmüsünüz? Nə vaxt təqaüdə çıxacaqsınız?
- Bizim mətbuatdan getməyə vaxtımız və halımız yoxdur. Bunu yalnız hökumət eləyə bilər. Nə vaxt istəsələr qapıları bağlayıb yə bizi içəri salar, ya da çölə çıxararlar. Necə ki, Eynullanı içəri salıb, Ayazı («Çeşmə»nin baş redaktoru) isə çölə çıxarıblar. Təqaüdə gəldikdə isə 37 yaş təqaüd vaxtı deyil. Azərbaycanda demokratik cəmiyyət qurulsa, bəlkə gedib tarix dərsi deyəcəm.
Gülşən: Mübarizədən yorulmamısınız?
- Yaltaqları və yalmananları görəndə bezirəm.
Vüsal: Jurnalistik fəaliyyətinizə görə neçə dəfə döyülübsünüz?
- İlk dəfə 1998-ci ilin avqustun 15-də Malakan bağında polislər tərəfindən döyülmüşəm. Həmin vaxt hüquq müdafiəçisi Leyla Yunus polislərin qarşısına çıxsa da, məni həbsdən qurtara bilmədi. İkinci dəfə həmin ilin sentyabrın12-də Qiymətli Kağızlar Komitəsinin qarşısında döyülərkən iqtisadçı Qubad İbadoğlunun müdaxiləsi olmasaydı bəlkə də şikəst olardım. Məncə, bu qədər kifayətdir.
Namiq: Azərbaycanda hansı fəlsəfəçini və ya filosofu qəbul edirsiniz?
- Kim ki, deyir, XX əsrdə Azərbaycanda filosof olmayıb, o nadan və nanəcibdir. Bunu kor da, kar, lal da deyə bilməz. Mübahisə etmək istəyənlər özlərinə əziyyət verib Asif Ata fəlsəfəsini və ömrünü öyrənsinlər. Əslində Asif Atanın fəlsəfəsi onun ömrüdür. Mütləqə İnamı öyrəndikcə mütləq mənəviyyatın, mütləq iradənin və mütləq idrakın necə yarandığını və Kamil İnsanın hansı özüylədöyüş mərhələlərindən keçdiyini dərk edirsən. Ümumiyyətlə, XX əsr Azərbaycan tarixinə nəzər saldıqda siyasətdə Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyli, Elçibəy kimi simalar, musiqidə Üzeyir bəy, ədəbiyyatda Cavid, Mirzə Cəlil, Sabir, fəlsəfədə isə Asif Ata xatırlanacaq. Bu mübahisəsiz belədir. Mübahisə etmək istəyənlər isə gedib fəlsəfə tarixini və Mütləqə İnamı öyrənsinlər.
Aytən: Gənclərdən kimi oxuyursunuz?
- Postmodernistləri oxuyuram. Amma o qədər çoxdular ki, ad çəkməyəcəm.
Açar sözlər:
Şərhlər
natiqi uzun vaxtdir izleyirem. aCIQ DEMELIYEM ki o qerezlidir. ozunu prokuroir kimi aparir.boyun almasada bu onun qusurudur
бу бей чох озундан разыдыр, амма инсафен йахшы мусанибалари олур
İyul 1, 2008 20:46bir neche ildir Natiq Cavadlini taniyiram. amma onun bu qeder mutalieli, hazircavab oldugunu bilmirdim. fikrimce bu musahibe onu sevenleri de, onu qisqananlari da chox dushundurecek...
İyul 1, 2008 22:34Abimiz maraqli musabihe goturduyu kimi maraqlida intervyu verib
İyul 1, 2008 22:48
cavadlinin bele urekli olmasi mene lezzet eledi
var olsun bele oqullar? bele jurnalistler
Ela musahibdir, ele musahibe nece goturuse ele de musahibe verir
İyul 2, 2008 1:27Hansisa alcaq meni yerime serh yazib -onu silin redd olsun natiq de cavadlisi da.zehlem gedir ondan bax bunu saxlayin serhde-zehlem gedir-
İyul 2, 2008 1:28Bu lap ag eleyib. amma ich uzu acilib
İyul 2, 2008 1:30
men onu cox sevirem demek olar ki ona heyranam amma sekili hec xosuma gelmedi
asif ata kimi kafirin bele telebesi olmasi tebiidir.allah cezasini verer insheallah
İyul 2, 2008 1:34
aqil qorxusundan dala verib
ona gore ki natiq ilhami tenqid edib
Evvelce serhlere gore tesekkur edirem
xahis edirem kimse kiminsa adindan serh yazmasin
Niye Aqil ABBASin adinda serh yazirlar diqqetli olun beyler ve xanimlar
Esq olsun. men bele de gozleyirdim. cox deyerli musahibedir.Cesh ke bele jurnalistlerimiz cox olaydi
İyul 2, 2008 2:16Natiqin musahib kimi de ela idi. Bir daha subut etdi ki, herterefli bilgiye malikdi. Qaldi Aqil Abbasin onu beyenmemesine, ele o beyenmese yaxshidi. Butun metbuat onu beyenmir, o da 1 neferi beyenmese dunya dagilmaz ki. Salam Sarvan yaxshi sairdi, amma heyif ki, ozunun de qerezli adam oldugundan xebersizdi
İyul 2, 2008 23:18
bu adami nece sevmeyesen
Aqil Abbasin niye Cavadlini qebul ede bilmemesi meni yaman eseblesdirib. Axi Aqil bir ziyali, millet vekilidir.
Birde ki, Cavadli ne edib ki, Aqil onu beyenmir. Mene ele gelir ki, Natiq Aqili de o biri musahiblerinin gunune salib.
Bir sozle musahibe menim xosuma geldi... size yaradiciliq uqurlari arzulayiram...
He bax bu shekile soz ola bilmez. Yakishikli imish
yanimda duran oglan(shekilde ve heytada)! menim haqqimda, eynulla haqqinda xosh sozlere gore sag ol! Amma her sheyden once oz qabiliyyetine, savadina, zehmetkeshliyine, temziliyine, milletseverliye, insanperverliyine gore sag ol. Bu olkede sozu EMEL edenlerden biri de sensen. Illerdir seni tanidim, en cetin gunlerde sirada dayanmagi bacaran birisen! Sozu ve bizim pesheni pula satanlardan deyilsen. Esl allah adami ele senin kimi olur, esl qerezsiz ele senin kimi olur.
her shey bir yana, yashadigin omre coxlari hesed apar biler!
"lider"de canli efirde seckinin demokratik kecmesini deyen amerikalılari soymeyin, orada haray heshirin, horultun bir tarixdir!
Sene eshq olsun, belece davam et!
Aynur haqlidir. Nece musahibe goturur, ele o stilde de musahibe verir.
Natiqi her defe tezeden ve bashqa bir ampluada keshf edirem ve bir zamanlar onunla bir yerde ishlemeyimle fereh duyuram. Inshallah belke yene de ishledik.
Dostluq ise davam edir!!!
Eziz Natiq, yeqin ozun de hiss eledin ki, yuxarida menim adimdan yazilan sherh mene mexsus deyil. Bilirsen ki, mende bele besit cumle ve cumle qurulushlari olmur. Bu xuliqanlara ise demek isterdim ki, sherhlerinizin yazi seviyyesine uygun gelen adamlarin adindan istifade edin ki, firildaginiz bash tutmush olsun.
İyul 5, 2008 21:25Lenetleyenlere de, xosh soz deyenlere de saq ol ve var olun deyirem. Demokratik Azerbaycan da yasamaq uqrunda mubarizede bir yerde olmaq namine!
İyul 7, 2008 20:38lenet seytana biz indi ne bilek ki esl salam sarvan aqil abbas kimdir. belek hec musahibeni de cavadli vermeyib
İyul 7, 2008 20:52
Fətullayev narahat olmayın. Müsahibəni Cavadlı verib. O ki, qaldı kiminsə kimin adında yazmağına, hər kəs öz vicdanı qarşısında imtahan verir.
Əsas odur ki, hamı yazmaq istəyir, oxumaq istəyir...
XIX esrden bashlayan Azerbaycan Jurnalistikasinin Banisi Hesen Bey Zerdabi XXI esrde, Metbuat Shuramizin sedri kimi , Elmar Huseynovun Defin Komissiyasinin sedri rolunda hech zaman demezdi" ...DEFIN KOMISSIYASINA UGURLAR ARZULAYIRAM..."(!?!?) Sense ,XXI esr metbuatimizin ,sadece, Natiq Cavadlisisan.Sene Ugurlar!
bu adam kimdir eee bele????

Yaxshi sohbet alinib.
İyul 1, 2008 20:42