YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
 Azərbaycanda qəzet aclığı

 Ölkədə mətbuat yayımının mövcud durumu ilə bağlı monitorinqin bəzi nəticələri

Ötən aylarda bir qrup jurnalistlə keçirdiyimiz monitorinq Azərbaycanda mətbuat yayımı sahəsində hazırkı durumu və bu sahədə mövcud olan problemlərin həlli yollarını öyrənmək məqsədi daşıyırdı. Monitorinq Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə keçirilirdi. İşin sonunda əmin olduq ki, mətbuat yayımı sektorunun hazırkı vəziyyəti çap KİV-i bazarının inkişafını ciddi şəkildə ləngidir. Buradakı problemlər isə nə birdir, nə iki. İlk gündən bəlli oldu ki, çap KİV-inin satışı üzrə operativ informasiyanın və bazar üzrə ümumi statistik məlumatların hətta minimal səviyyədə mövcud olmaması yayım sektorunda ən böyük problemlərdən biridir. 

 

Ötən aylarda bir qrup jurnalistlə keçirdiyimiz monitorinq Azərbaycanda mətbuat yayımı sahəsində hazırkı durumu və bu sahədə mövcud olan problemlərin həlli yollarını öyrənmək məqsədi daşıyırdı. Monitorinq Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə keçirilirdi. İşin sonunda əmin olduq ki, mətbuat yayımı sektorunun hazırkı vəziyyəti çap KİV-i bazarının inkişafını ciddi şəkildə ləngidir. Buradakı problemlər isə nə birdir, nə iki. İlk gündən bəlli oldu ki, çap KİV-inin satışı üzrə operativ informasiyanın və bazar üzrə ümumi statistik məlumatların hətta minimal səviyyədə mövcud olmaması yayım sektorunda ən böyük problemlərdən biridir.  Əsas problemlər sırasına aşağıdakıları da daxil etmək lazımdır: sahə standartlarının və satışın vahid qaydalarının yoxluğu; əksər hallarda bazarın qeyri-şəffaflığı; müasir texnologiyanın tətbiq edilməməsi; satışın reklam və marketinq imkanlarının aşağı səviyyədə olması və s.Yayım sahəsindəki təcrübəm az deyil: səyyar satışın qurulması, bazarda özünə yer tutmağı bacaran müxtəlif qəzetlərin yaradılması, onların yayımına rəhbərlik və s. Amma yenə də yayım bazarının problemlərinin bu dərəcədə kəskin olduğunu təsəvvür etmirdim. Monitorinqdən sonra gəldiyim nəticə budur: Azərbaycanda mətbuatın bu qədər ağır durumda olduğu bir vaxtda yayım biznesi inkişaf səviyyəsinə görə nəşriyyat biznesindən də xeyli geridə qalır.Düzdür, ölkədə dövrü mətbuatın pərakəndə satışı mövcuddur. Lakin o, çox zəif və primitiv səviyyədədir, ən köhnə üsul və texnologiyalarla işləyir. Yayım paytaxtda nisbətən yaxşı inkişaf edib, amma burada da olduqca zəifdir və köhnəlib... 

Bölgələrdəki vəziyyəti isə əsl böhran adlandırmaq olar. Adambaşına düşən satış məntəqələrinin sayına, daha doğrusu, pərakəndə satış məntəqələrinin əhali sayına görə sıxlığına baxsaq, Azərbaycanda mətbuat doymazlığı ən yüksək həddədir, bölgələrdə isə əsl “aclıqdır”. 

Əhalinin mətbuat satışı məntəqələri ilə təminatlığı 

 Aşağıdakı diaqramda bir çox dünya ölkələrində mətbuat satışı nöqtələrinin əhali sayına görə sıxlığı göstərilib. Yəni hansı ölkədə bir mətbuat satış nöqtəsinə nə qədər əhali düşür. Biz bu məlumatları bir çox beynəlxalq təşkilatların istifadə etdiyi statistika ilə dəqiqləşdirmişik. Ölkələrin coğrafi durumundan, böyüklüyündən, əhali sıxlığından asılı olaraq bu rəqəmlər obyektiv olaraq fərqlənə bilər. Amma mətbuat biznesinin inkişaf etdiyi ölkələrdə həmin rəqəm heç vaxt 2000-i aşmır. 

Bizə maraqlı idi ki, Azərbaycanda bu göstərici nə qədərdir. Dövlət Statistika Komitəsinin məlumatlar bazasında buna aid heç bir göstərici tapmadıq. Monitorinq qrupu özü məlumatlar toplayaraq hesablama apardı.Bütün yayım firmalarına məxsus köşklərin, supermarket, YDM və digər ənənəvi satış məntəqələrindəki vitrin və piştaxtaların sayı hətta səyyar satıcılarla birlikdə təxminən 750-dir. Azərbaycan əhalisinin sayı bu satış məntəqələrinin sayına bölündükdə 11.000-dən çox adama 1 mətbu məhsul satan ticarət məntəqəsinin düşdüyü bəlli oldu. Rusiyada bu göstərici 3000-dir və bunu orada fəlakət sayırlar. Hətta məsələ ciddi ictimai problem kimi bir neçə dəfə dövlət səviyyəsində дя müzakirə edilib. Bu halda Azərbaycandakı durumu necə adlandırmaq olar? Vəziyyətin bir adı var: mətbuat aclığı. Yəni əgər qəzetlər normal çıxarsa belə, əhalinin qəzet almağa maraq və imkanı olarsa belə, yenə də əhali qəzet almaqda çətinliklər çəkəcək. Kobud ifadə etsək, bu, çörək almaq üçün hər gün şəhərin digər rayonuna getməyə bənzəyir.Qanunvericilik nöqteyi-nəzərindən mətbuat ticarəti digər istehlak malları satışından heç nə ilə fərqlənmir. Baxmayaraq ki, onun sosial əhəmiyyəti şübhə altına alına bilməz. Lakin hakimiyyət orqanları mətbuata xüsusi növlü məhsul kimi yanaşmaq istəmirlər və onun yayımçılarına hansısa güzəştə getmirlər - nə köşklər üçün torpaq sahəsi ayıranda, nə onların enerji şəbəkəsinə qoşulmasında, nə icarə haqqı şərtlərində, nə də vergilərdə... Nəticədə ölkədə əsl mətbuat aclığı hökm sürür. Biz hələ bəzi mətbuat orqanları üçün siyasi konyuktura baxımından yaradılan maneələri nəzərə almadan bunu deyirik. 

 Mətbuatın pərakəndə yayımının strukturu  

Yuxarıda da qeyd etdik ki, ölkənin mətbuat, nəşr və çap məhsullarının satışı sahələrinə aid statistik məlumatlar yox dərəcəsindədir. Monitorinq çərçivəsində bu işin öhdəsindən tam gəlmək mümkün deyildi, amma biz sorğular, müsahibələr, birbaşa və dolayısı hesablamalarla bir çox göstəriciləri tapdıq və müqayisələr apardıq. Onların bəziləri xüsusi maraq doğurur.Göründüyü kimi, ölkə və yerli hakimiyyət orqanlarının əhalinin mətbuatı əldə etməsi probleminin həllinə daha düşünülmüş şəkildə yanaşması vacibdir. Bu olmadıqda vətəndaş cəmiyyəti təsisatları, naşirlər, redaksiyalar, yayım qurumları maraqlı tərəf kimi problemin həlli üçün səylərini artırmalı, alternativ variantlar tapmalıdır.Mətbuat naşirləri, redaksiyalar yayımın hazırkı vəziyyətindən ciddi narahat olmalı və bu məhsulun xüsusiyyəti, sosial əhəmiyyəti nəzərə alınmaqla qəzet və jurnal satışı sisteminin daha effektiv qurulması üçün yayımçılarla əməkdaşlıq yolları axtarmalıdır.Bəs harada yeni resurslar və çıxış yolları aramaq lazımdır? Gəlin yayım şəbəkəsinin strukturuna nəzər salaq. Biz bunu iki müqayisəli üsulla müəyyənləşdirdik: çox satılan aparıcı qəzetlərin tiraj bölgüsü və aparıcı yayım şirkətlərin tiraj bölgüsü. Bu halda pərakəndə satışın təxmini strukturu aşağıdakı kimi alınır:

Səyyar satış - 45%

Köşk satışı - 30%

Bölgələr - 20%

Supermarket vəYDM-lər - 3%

Abunə - 2% 

İndi isə buradan çıxan nəticələrə diqqət yetirək.  

Satış nöqtələrinin uzaqlığı problemi  

Ölkə paytaxtı pərakəndə satış nöqtələrinin ənənəvi forması olan köşklər baxımından o qədər də pis durumda deyil. Amma qəzet tirajlarının bölgüsü sübut edir ki, hazırda aparıcı qəzetlərin bu köşklərin məxsus olduğu “Qasid” və “Qaya” şirkətinə ayırdığı tiraj əl yayımı adlandırılan səyyar satışdan aşağıdır. Çox az sayda səyyar satıcı sayca onlardan bir neçə dəfə artıq olan köşklərdən çox satır. Deməli, satıcı oxucuya tərəf getdiyi - yaxınlaşdığı halda (əl yayımı) satış artır. Satış oxucudan uzaqlaşdığı halda azalır. Deməli, satış məntəqələrin seyrəkliyi problemi yayım qarşısında əngəllərdən biridir. 

Marketləşmənin zəif inkişafı 

 Redaksiyalar yayımın hazırkı vəziyyətindən ciddi narahatdır və məhsulun xüsusiyyəti, sosial əhəmiyyəti nəzərə alınmaqla qəzet və jurnal satışı sisteminin daha effektiv qurulması üçün yeni yollar axtarırlar.

Nəzərimizdən qaçmamalıdır ki, hazırda bir çox ölkələrdə mətbuatın yayımında supermarketlər (yaxud marketlər) daha böyük rol oynamağa başlayıb və bu da ümumi dünya ənənəsinə uyğundur. Məsələn, Finlandiyada mətbuatın əsas satışı supermarketlər vasitəsilə həyata keçirilir, ABŞ-da isə supermarketlərdə pərakəndə satışın 80%-ə qədəri reallaşdırılır. Yeri gəlmişkən, supermarketlər üçün 1 kvadratmetr ərazidən mətbuatın satışından götürülən gəlir aparıcı mövqelərdən birini tutur.

Rusiyada da dövrü mətbuatın pərakəndə satışı köşk və ticarət pavilyonlarındakına nisbətən supermarketlərdə daha sürətlə artır. Burada köşk və ticarət pavilyonlarında satışın ümumi sayı son üç il ərzində 10% azalıb. Supermarketlərdəki pərakəndə satış isə 3 dəfə artıb. Hazırda Moskvada mətbuatın supermarketlər vasitəsilə satışı 16%-ə, regionlarda isə 5%-ə yaxındır.Bizdə isə bu sahədə inkişaf çox zəif gedir. 
 

Abunə institutunun ölməsi  

Bizim ölkəmizdə dövri mətbuata abunə institutu olduqca zəifdir. Hətta redaksiyalar özləri bu problemə çox soyuq yanaşır. Bu işlə məşğul olan bölmə və adamlar belə yoxdur. Bütün dünyada abunə dövri mətbuatın yayımının vacib üsuludur. Ümumi satışda abunənin payının orta səviyyəsi 35% qəbul edilirsə, dünya üzrə aşağıdakı mənzərə alınar. Abunənin payının orta səviyyəsini (35%) 9 ölkə adlayıb: Kanada 88%, Finlandiya 86%, ABŞ 85%, İsveç 72%, Hollandiya 65%, Almaniya 48%, Braziliya 41%, Fransa və Tayvan 38%.Növbəti ölkələrdə abunə orta səviyyədən aşağıdır: İtaliya və Belçika 25%, Meksika 16%, Çexiya 15%, Portuqaliya 14%, Böyük Britaniya 12%, Avstraliya və Malayziya 10%, İspaniya 6%, İrlandiya 5%, Argentina 3%. Rusiyada abunəçilərin payına bütün tirajın 29%-i düşür.Azərbaycanda isə durum çox acınacaqlıdır, yalnız inzibati yollarla rəsmi və hakimiyyətyönlü qəzetlərin abunəsinin təşkili hesabına bir neçə nəşr bu üsuldan faydalana bilir. Burada isə bazar prinsiplərinin rol oynamadığını, aparıcı nəşrlərə abunənin isə yox səviyyədə olduğunu nəzərə alıb söylяйя bilərik ki, yayımın resurslarının və perspektivinin ciddi bir hissəsini abunə işinin yenidən qurulmasında görmək lazımdır.Təkmilləşdirilməmiş abunə sistemi şəraitində bu sahədə uğur gözləmək də çətindir. Bu isə yeni texnologiyaların tətbiqini, oxucuların diqqətini nəşrlərə cəlb edilməsi üçün reklam və marketinq tədbirləri, abunə işinə daha böyük diqqət ayırmaq və bu sahəyə sərmayə qoymaq tələb edir.   

Səyyar satış

  Çox az qüvvə ilə dövri mətbuat bazarının böyük yükünü xeyli dərəcədə üzərinə götürmüş səyyar satış şəbəkəsinin də öz problemləri var. Satıcılar get-gedə azalır, bu da əsasən onların ağır iş sayəsində az qazanmaları ilə bağlıdır. Baxmayaraq ki, səyyar satışa görə qiymətlərdən tutulan faizlər çox yüksəkdir (35-40%), amma məhsulun gündən-günə daha ağır satılması onların qazancının artmasına imkan vermir. İstidə və gün altında, yağışda və soyuqda işləmək məcburiyyətində olan səyyar satıcılar tez-tez polis basqısı ilə üzləşirlər. Bu şəbəkəni təşkil edən yayım qurumları demək olar ki, rentabelli deyil, hər kəs gündəlik maaşın dalınca getmək məcburiyyətində işləyir. Bazarın bu hissəsinin getdikcə zəifləməsi gözlənilir.  

Acı nəticələr

  Bu gün Azərbaycanda əksər redaksiyalar (naşirlər) rentabelliklə işləmədiyi kimi, mətbu naşirlərin yayan qurumların da çoxu ağır bir durumda çalışır və ən aşağı qazanclarla işləyirlər. Bu da ümumilikdə bazarın inkişaf etməməsi, problem və çətinliklər içində olması ilə bağlıdır. Mətbuatın yayım bazarı ağır durumdadır və yaxın zamanlarda stabillik və şəffaflıq istiqamətində dəyişiklik baş verəcəyini gözləməyə dəyməz. 

Buna baxmayaraq bazarın bütün iştirakçılarının (naşirlər, topdansatış və pərakəndə yayım qurumları, abunə agentlikləri və abunə tirajlarının istehlakçılara çatdırılması xidməti) maraqlarını əhatə edəcək razılaşdırılmış və sahə qaydalarının tətbiqi bu prosesi sürətləndirə bilər. Bazarın inkişafı bu sahədə ciddi tədbirlər görməyi zəruri edir. Monitorinq qrupunun zəruri saydığı geniş tədbir və tələblər sırasına sosial əhəmiyyətli məhsul kimi mətbu məhsulların rəsmi dövlət statusunun müəyyən edilməsi, dövri mətbuatın yayılması bazarının xüsusi fəaliyyət şəraitinin yaradılması, bir çox texniki məsələlər daxildir. Yeni qaydalar, yeni texnologiyalar tətbiq edilməli və yayımın yeni resursları tapılmalıdır.

  

Açar sözlər:

Yazar: ramindeco | Tarix: May 31, 2008 20:42 | Media | Şərhlər(3) | Baxış sayı: 1424

Şərhlər

1
Eldar yazıb:

ela yazidir cox xosuma geldi

May 31, 2008 20:49
2
Şahvələd Çobanoğlu yazıb:

Salam, Ramin, sağ ol bu yazını yaydiığına görə, amma onun formati bir qədər yaxşı verilməyib. Üstəlik, orada çox vacib bir sexem var - aclığı sübut edən. Onu sizə yolladım, səkil formatinda, hokmen yaziya elave et.
Bu çox marqli bir cədvəldir.

May 31, 2008 21:19
3
sima yazıb:

yəqin ki, maddi-texniki təminat yaxşı olsa, qəzet-jurnallarımız da daha maraqlı, rəngli və müasirgörünüşlü olar. Yaxşı müəllifə yaxşı da pul vermək lazımdır, amma bizim qəzetlər yazarın əməyini lazımı səviyyədə qiymətləndirə bilirmi?

İyun 2, 2008 23:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha