YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Ümid edək ki… 

2008-ci il. Milli Məclisin yaz sessiyası başladı. Müəyyən vaxt keçsədə hələ ki, bir səs-səmir çıxmayıb. Təbii ki, jurnalistikadan, daha dəqiqi “diffamasiya haqqında” qanunun qəbul edilməsindən. “Diffamasiya haqqında” qanun qəbulunu hamı gözləyir, beynəlxalq təşkilatlar, ictimaiyyət…və ən əsası jurnalistlər.

Hələ ki, Milli Məclis susur. Susur ki, görsün jurnalistlər nə vaxt bu sükutu pozacaqlar. Pozacaqlarmı? Bu barədə danışmaq həm tez, həm də gecdir. Ortada 2008 ci ilin seçki faktoru dayanır. Məhz bu amil qanun qəbuluna mane olur. Tezdir ki, jurnalistlər 2008-ci il prezident seçkilərini gözləyir. Ümid edirlər ki, prezident seçkiləri vaxtı hökumət güzəştə gedərək qanunun qəbulunu reallaşdıracaq. Onun üçün də bir tərpəniş hiss olunmur. Həm də ona görə gecdir ki, bu vaxta qədər qanunu aktuallaşdıra bilməyən media mənsubları, çətin bundan sonra nəyəsə nail olsunlar. Bayaq söylənildiyi kimi ortada seçkilər dayanır. Hökumət işə ciddi yanaşdığından qanun qəbulu real görünmür.

Jurnalistika arzuolunmaz bir sahəyə çevrilib. Hamı qaçmağa can atır. Azad reklam bazarı yoxdur, satış sıfır dərəcəsindədir, təzyiqlər zəncirvari reaksiya şəklində uzanıb gedir, azad söz qadağandır… Bütün bu nəsnələr peşəkarları özündən uzaqlaşdırır. Artıq həvəskarlar da qalmayıb. Onlarda bir yolla bu sənətdən uzaqlaşmağa can atır. İdealistlərin bu sənətə qalması belə getsə çox olmayacaq.

Ölüm peşəsinə çevrilən jurnalistikanın güclü ictimai dəstəyə ehtiyacı var. Qəzetlərin yarıdan çoxunun “zdavat” qayıtması ilk problemlərin təzahürədir. Köşklərdə jurnallar toz içində batır, bəzilərinin vərəqlərindən hətta tum üçün də istifadə edirlər. Ədəbi jurnallar, qəzetlər köşklərdə yığılıb qalır, onları alan yoxdur. Eyni sözləri iqtisadi nəşrlər haqqında da demək mümkündür.

Əgər reklam bazarından söhbət gedirsə, etiraf etmək lazımdır ki, iş adamları öz biznesini reklam etməkdə maraqlı deyil. Bunun səbəbləri çoxdur. Ən əsas səbəblərdən biri də fikrincə ölkədəki inhisarçılıqdır. İş adamları rəqabətsiz mühitdə fəaliyyət göstərdiklərindən reklama can atmırlar, çünki reklam rəqabət olan mühitdə önəm kəsb edir. Digər bir səbəb isə qəzetlərin oxunmaması, auditoriyasının azlığı ilə bağlıdır. Məhz bu səbəblər imkan vermir ki, iş adamları istehsal etdiyi məhsulları reklam etdirsinlər.
***
Bir müddət əvvəl Repartyorların Azadlıq və Təhlükəsizlik İnstutu (RATİ) Elmar Hüseynovun mətbuat prospektində abidəsinin ucaldılması üçün imza kampaniyasın başladı. Təəssüflər olsun ki, jurnalistlər bu kompaniyaya biganə yanışdılar. Bu biganəliyin nəticəsidir ki, Bakının meri Hacıbala Abutalıbov kimlərinsə diqtəsiylə E.Hüseynova heykəl qoyulmasına imkan vermədi.
***
Hər şey jurnalistlərdən asılıdır. “Diffamasiya haqqında” qanunun qəbulu, azad bazar, qəzetlərin yüksək həddə satışı… və.s Hər bir şey biz jurnalistlərdən asılıdır. Kimdənsə oturub kömək ummaq uşaq sadəlövhlüyü olardı. Hər şey öz içimizdən başlamalıdır ki, nəyisə dəyişə bilər. Bunu üçün də ilk an özümüzdə təpər tapıb hərəkətə keçməliyik.

Ümid edək… Həm də ona ümid edək ki, hakimiyyət özündə mənəvi güc tapıb “diffamasiya haqqında” qanunu qəbul edəcək. Görək də nə olur. 


Açar sözlər: ramin-deko 

Yazar: ramindeco | Tarix: May 21, 2008 22:35 | Media | Şərhlər(0) | Baxış sayı: 2138

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha