YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

Şair Qəşəm Nəcəfzadə Yeni RUHlu insanların suallarını cavablandırır

ATƏT-in missiyası artıq sevgiyə də keçib

Arzu Abdulla: Qəşəm bəy məndən müsahibə götürməyi istəmişdi məndə ona sualları göndərmişdim. Amma cavablandırmaqdan qorxdu, dedi ki, sualları bir az yumşalt. Siz kimdən və nədən qorxursunuz? Şair qorxaq olmamalıdır? Mən sizi şair hesab etmirəm. 

 -Arzu xanım “Gündəlik Azərbaycan” qəzetində işləyəndə müsahibə götürmədiyi adam qalmadı... Hətta heca nədi bilməyəndən də müsahibə aldı... Mən yadına düşmədim. Daha doğrusu, mənim əleyhimə olan kompaniya ona imkan vermirdi. “Gündəlik Azərbaycan” qəzeti bağlanandan sonra Arzu getdi “Bizim Yol”a. İlk əvvəllər orada müsahibə götürməyə şair tapmaqda çətinlik çəkirdi. Mənə müraciət etdi. Mən də razı olmadım. Burda nə var ki? O, məni şair hesab etmir, etməsin. Hər kəsin öz zövqü var. Mənim oxucularım onsuz da çoxdur. Ötən il “Qadının ölümü” kitabım 500 tirajla çıxmışdı, hamsı satıldı, özümdə cəmi bir-neçə nüsxə qalıb. Xaricdə də oxucularım var, yəni ingils, rus, ispan, alman və s. Bir Arzunun olmamağından nə olacaq ki... Arzu heç zaman bir qəzetin əhatə dairəsindən kənara çıxa bilməyib. Qeyri- obyektiv müxalifətçiliyi ona imkan verməyib ki,  “SÖZÜ” görə bilsin. 

 Elnur: Qəşəm bəy AYB-də qalmaqla kimə xidmət edir

 -Mən SÖZƏ xidmət edirəm, heç kəsə yox. AYB texniki məsələdi. Şair harada olmasından asılı olmayaraq, yaxşı da yaza bilər, pis də. AYB kimin əl- qolunu bağlayıb ki, yaxşı əsər yazma? Bura mənim iş yerimdir. Mən oradan maaş alıram, qonorar alıram. AYB-nin rəhbərliyinə də böyük hörmətim var. Bu adi, etik bir qaydadır.  

Vüsalə: Yenidən dünyaya gəlsəydiniz yenə də AYB-ni seçərdinizmi

-Mənim ikinci dəfə dünyaya gəlməyim mümkün olmadıqı kimi, bu sualin cavabı da məndə yoxdur.

Xanım, bu AYB sizi niyə əsəbləşdirir? Niyə bu qurum olmasın?  Bu təşkilatın“Azərbaycan”, “Ulduz”, “Qobustan” “literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyat qəzeti”, “Mir Literatura “ qəzetləri çıxır, burada nə qədər adam işləyir, nə qədər yazıçı çap olunub qonorar alır, illik mükafatlar alır, aparatda nə qədər adam işləyir, evinə maaş aparir. Bunun nəyi pisdi? Bu təşkilat  adamların yerini niyə dar eləyir bilmirəm. İstəmirsən get yaxşısını yarat.(İradlarım sizə aid deyil. AYB-ni bəyənməyənlərədir) Bir də təssüflənirəm ki, niyə sualların hamsı AYB haqqındadı? Şeirlərimi oxumamısınız nədi?  

Natiq Güləhmədoğlu: Porno kinolar, porno saytlar ola-ola camaat sizin porno şeirlərinizi niyə oxumalıdır

 -Mənim porno şeirlərim yox, erotik şeirlərim var. Yaxşı da oxunur. Daha sizin “pəh-pəh”lə bəyəndiyiniz “Çəngəl” əməliyyatı deyil, estetikadır. Sən oxumursan oxuma, bununla mənim maaşım və yaxud gəlirim azalan deyil. Mən hələ bu şeirləri 1978-80-cı illərdə yazırdım. Onda bəlkə də siz anadan olmamışdınız...  

Eldar: Qəşəm müəllim, AYO ilə AYB arasında nə fərq var?

- AYO adında bir təşkilat tanımıram, çünki hələ bu “Toplum” qeydiyyatdan keçib hüquqi status almayıb. Keçsəydi şad olardım. Rasim az qala onun 20 ildir ki, sədridi. Onu deyərdim ki, bu təşəbbüs qrupu (AYO) AYB-nin gəncliyidir.  İstərdim ki, ədəbi təşkilatlar çox olsun, ədəbiyyat üçün geniş imkanlar açılsın.

Novruz: Yaxşı şeir yazmaq üçün AYB-də olmaq lazımdır? 

-Əlbəttə yox.Yaxşı və ya pis yazmağın AYB-yə nə dəxli var? Yuxarıda dediyim kimi, AYB içtimai təşkilatdır. Əsas istedaddır. AYB heç kəsə istedad vermir nə də heç kəsin əlindən yaxşı yazmağını almır. Bir məsələ var, adam yaza bilməyəndə əsəbi olur, başqalarını günahlandırır. Səbəb axtarır. Özünə müxtəlif yollarla haqq qazandırır. Uğursuzluğunu ört-basır eləyir. AYB qarşı çıxanların tam əksəriyyəti belədir. Əgər mən AYB-dən narazı olsam, bunu onun yüksək tribunasından deyərəm. Buna mənim çəsarətim çatar. Amma onların çəsarəti çatmaz. Onlar uzaqbaşı Arzu Abdullaya müsahibə verə bilərlər, ya da Qəşəm Nəcəfzadənin şeirlərinə şərh yazanda (Necə ki buradakı suallar kimi) AYB-dən gileylənə bilərlər. Sonra da gedib müəyyən adamlar vasitəsi ilə AYB rəhbərlərindən üzr istəyərlər 

Gülər: AYB-də qalmaq ona bu qədər vacibdirmi? 

-Gülər, hərənin bir taleyi var.. Mən də bura gəldim. Buradan çox şey öyrəndim. Bura da həyat məktəbidi. Anar kimi böyük bir insanla tanış oldum, onunla səfərlərdə oldum. Onun boyüklüyünü dərk elədim Kənarda Anar haqqında tənqidi yazı yazanları xəlvətdə Anarla ikiəlli görüşən gördüm və kabinetinin qabağında növbədə dayanan gördüm və ya elçilərini xahişə göndərən gördüm. Bəlkə də Allah bunları görmək üçün məni bura gətirdi...

Samirə: “Sevginin ölümü küçələrin ölümü deyilmi?

Payızın ölümü deyilmi sevginin ölümü?

Skamyaların boşluğu

Ayrılığın şəkli deyilmi?”  burada nə demək istədiyinizi bizə söyləyə bilərsinizmi?

-Samirə, sevginin intizarı ən çox payızla bağlıdı. Sarı yarpaqlar... güləklər, yağışlar...dağılmış saçlar... her şey köç edir, dəyişir (mən dəyişməyi və dəyişilməyi istəmirəm), uğultu, hamı tələsir, qaça-qaç, qova-qov, heç kəs ayaq saxlamır... o qız da dayanmır.. skamyalar boş, heç kəs yox... Elə bil sevgi ölür və skamyaların boşluğu ayrılığın şəklidir. Küçələr payızda ölür. Amma küçələrlə birgə payız da ölür. Şünki klasasik dillə desək, aşıq öz sevgilisini atmışdır. 

Elçin: Deyirlər heç kim sizdən müsahibə götürmür. Ona görə də qəzetlərə müsahibələri özünüz- özünüzdən götürüb qəzetlərə verirsiniz. Bu nə dərəcədə doğrudur? 

-Fakt olsaydı, daha yaxşı olardı. “Deyirlər” sözüynən iş aşmır. Çox şey deyərlər. Bu söz də məni danmağın bir yoludur.Heç vaxt belə şey olmayıb. Elə bilsin ki, bəzi qəzetleri zəbt eləmiş əleyhimə olan bir qrub bu üsula əl atır. Hətta söz də qoymuşlar ki, bunu etsinlər. Amma həyatda yaxşı adamlar var. Məs. Bu saytın rəhbəri Elnur olsaydı mənim şeirlərimi bura yerləşdirməyəcəkdi. Amma Allah Ramin Dekonu yetirir və s. Elnur da bunu görüb bərk əsəbləşir, bu çür şayə yayır. Mənim müsahibələrimin 80 faizi internet saytımda var (www.qeshemnecefzade.net). Orda qəzetlərin də adı var, jurnalistlərin də. Soruşa bilərsiniz. Bu günlərdə biri mənim saytıma yazıb ki, siz özünüzü niyə çox reklam eləyirsiniz.? Yaxşı mən nə edim? Məni indi fransız dilinə tərcümə ediblər, özü də xariçdə. indi mən bunu gizli saxlamalıyam? Mətbuata deməməliyəm?  

Vüsal: Otaq yoldaşınız Əsəd Cahangirin tənqçiliyinə münasibətiniz? 

 -Otaq yoldaşım yox, iş yoldaşım. Əsəd gözəl şair və gözəl tənqidçidir. Etibarlı dostdur. 

Elnarə: Nəyə görə AYB-də yüksək vəzifə tutan kəs Anarı vəsf eləməlidir? Siz, Əsəd Cahangir, Səlim Babullaoğlu, Aydın Xan. Bu o qədər vacibdir? 

 -Mən yaxşı insanları və gözəl yazıçıları qiymətləndirirəm. O cümlədən, Anarı , F. Qocanı , V. Səmədoğlunu, Ə. Əylislini  və Rafiq Tağını... Mən bir tərəfli düşünmürəm, ədəbiyyatda hamının yerini bilirəm. Bəziləri kimi təkgöz deyiləm. 

Çingiz: Şeirlərinizin biri “Atət sayağı” adlanır. Bununla nə demək istəyirsiniz? 

-ATƏT-in missiyası artıq sevgiyə də keçib. Yəni heç bir iş görməmək.. Sevgilisi buna xəyanət edir. Bu da heç bir iş olmamış kimi şıxıb “Bu tərəfə” gedir, ironiya. 

Çinarə: Sizi Hollandiyada şair kimi qəbul etdilərmi? 

 -Bəli. Dünyanın hər yerindən, o cümlədən Azərbaycandan 38-ci Beynəlxalq Poeziya Festivalında iştirak etmək ücün 20 nəfər şairin ingilis dilinə çevrilmiş şeirləri internet vasitəsi ilə Hollandiyaya  göndərilmişdi. Sonra eşitdim ki, şeirlərim münsiflər heyətinin diqqətini xüsusilə cəlb edib.

1970-ci ildən bu günə qədər keçirilən  bu poeziya bayramı  Avropada iki  böyük festivaldan birincisi, Hollandayada isə ildə bir dəfə kecirilən yeganə ən böyük  poeziya festivalıdır. Festivalın seçim mərhələsində  dünyadan 23 şair seçilmişdi.Bu poeziya tədbirində Amerika, İspaniya, Fransa, Yaponiya, Rusiya, İraq,  Çin, Anqola, Azərbaycan, Portuqaliya, Ermənistan, Gürcüstan, Almaniya, Estoniya, Misir və başqa ölkələrdən tanınmış şairlər iştirak edirdi. Mən həmin tədbirdə iştirak edən ilk Azərbaycan şairiydim. Dünyanın 20- dən çox dilinə tərcümə olunmağım ve başqa festivallara da dəvət almağım göstərir ki, məni şair kimi qəbul ediblər. 

Davud: Özünüzdən çox razısınız. Bu, nədən irəli gəlir AYB-də olmağınızdan, yoxsa Hollandiyaya getməyinizdən? 

- Bilmirəm, biz üz-üzə gəlmişik, ya yox. Amma mən  elə adam deyiləm. Mən evimdən, övladlarımdan, yazı stolundan razıyam.  Ədəbi gəncliyi çox sevirəm. Həmişə onlarla bir yerdəyəm. Bütün qələm sahiblərinə hörmətim var. Bəlkə bu fikir sizdə ona görə yaranıb ki, mən qərəzli tənqidləri vecimə almıram. Əsəblərim çox möhkəmdi. İstəyir hamı (ədəbi aləm) əleyhimə olsun, qəti eynimə deyil. Daha da gümrahlaşıram. Kefim kökəlir. Ona görə ki, mən onları məşğul edə bilirəm. Ötən il olmuş bir əhvalat danışım sizə. Biri məni o qədər tənqid etdi ki, axırda heç nə alınmadı. Sonra o mənə nə yazsa yaxşıdı: “Sənin əlindən özümü asacağam. Sən elə bil mənim belimdə gəzirsən (şairdə hikkəyə bax).”  Yazığım gəldi götürüb ona belə bir resept yazdım:

1.     Eqlonil iynə. gündə 1 dəfə 2 qram axşam əzələyə,

2.     Nozepam. Səhər-axşam yarım tablet yeməkdən sonra.

3.     Relanium. yatmamışdan qabaq bir tab.

4.     Səhər axşam soyuq duş.

5.     Bir müddət Qəşəm Nəcəfzadənin internet saytına baxmamaq və şeirlərini oxumamaq.

6.     10 gün AYB binasının qabağından keçməmək.

Deyəsən sağaldı. 

Sonda mən bütün oxucularıma və sual verənlərin hamsiına öz dərin təşəkkürümü bildirirəm. Sağ olun, var olun, obyektiv olun. 


Açar sözlər: qəşəm-nəcəfzadə 

Yazar: ramindeco | Tarix: May 10, 2008 20:04 | Yeni Ruhlu layihə | Şərhlər(5) | Baxış sayı: 2916

Şərhlər

1
Natiq Güləhmədoğlu yazıb:

rolleyes Teccubludur ki Qasham muellim Sevinc Pervaneni daldaya dusende her fursetde guya "vurur" amma uz beuz gelende ona az qala secde edir. Terifini esirgemir. Umumiyyetle sairin ozunu "cengel"emeliyyatinin qurani kimi aparmasi meni xeyli teccublendirdi

May 12, 2008 20:45
2
qeshem yazıb:

Salam Natiq, sen Sevincle meni daldada harada gordun ki, men de ona secde edem. Men onu uc ilden coxdur ki, gormurdum, o gunu ANS de sevincle cekilisde idik ve orda da dediyimi dedim? yeni yeni saytda dediklerimi. Bunu ozune derd eleme.

May 14, 2008 5:27
3
Natiq Güləhmədoğlu yazıb:

Hormetli Qasham muellim
Siz menim yerlimsiniz sizle fexr edirem.Sizi palitra qazetinde menle adil mirseyid tanis etmisdi.Bu oz yerinde.
Amma incimeyin men sizi qerezli olmaqda bir daha suclamaliyam. Edebi savadim sizin qeder olmasa da ne yazdigim ortadadir.Diqqetle baxin men yazmisdim-Teccubludur ki Qasham muellim Sevinc Pervaneni daldaya dusende her fursetde guya "vurur" amma uz beuz gelende ona az qala secde edir-sizse ashkar tehrife kecerek deyirsinizki men sizi sevince hansisa dalda da gormusem.Bey axi bele olmaz.O qizin ailesi yoldasi iki balasi var.Niye onu lekelemeye calisirsiniz?? smile

May 16, 2008 3:13
4
Fərzin yazıb:

bizimdə blogımlza baş çəkmənizi unutmayin lütfən

May 16, 2008 6:55
5
yusup yazıb:

salam dostum. men sizin weblogynyzy gordum we begendim.
sag bolun! ustunluk hemranyz bolsun!
hormat bilen: yusup Gojuk

May 21, 2008 9:00

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha