YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

küçə iti kimi hürcəsinə

necə sevmək
necə sevmək
yuvasından düşən quşcuğaz
pişik balasından qorxduğu tək
qorxub həyatdan
kişilərə ağac koğuşu kimi
sığınan qadınları

necə yazmaq
necə yazmaq
özü də lirik-sentimental
içindən ox keçən ürək həzinliyində
qulun atmış şeirlərdən
yazıb çap olunmaq
üstəlik mükafat ummaq
şöhrət ummaq

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 27, 2007 23:24 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 107

Fərqimiz yoxdur

Uşaqlıqda hamımızın pis yaraları olub
yorğana dəyəndə qopub
oyanmışıq
Başımız yerdən on qarış aralıdı
bundan az olana acıyırıq
Hərəmiz ən azı bir adam sevmişik
Qəribə yuxular görmüşük
Quşlara baxıb köks ötürmüşük
İtkilərə göz yaşı tökmüşük
Söz vermişik etməmişik

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 27, 2007 23:17 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 102

 Dünya konteksti və imitasion problemi

 Azərbaycan ədəbiyyatının təcrübəsindən

Qlobalizə əsri hər bir xalqın, mədəniyyətin bu prosesdə yeri, iştirakı, bəşər mədəniyyətinə verimlərini  dəqiqləşdirməyi istəyir. Bu baxımdan, təklif etdiyim mövzu* daha geniş bir temanın tərkib hissəsidir. Azərbaycan mədəniyyəti, varlığı, xarakterinin hazırkı dünya düzəni, sahmanı, durumunda şəksiz yeri var; bunu ölkənin məkanca geniş bir zolaqda Şərq və Qərb arasındakı aralıq mövqeyi və milli varlığımızın min illərlə ölçülən zaman hüdudları müəyyən edir. Mürəkkəb olduğu qədər də zəngin bu situasiya xalqın həyatını, yaşayış tərzini, mentallığını -təkrarsız xarakter və mədəniyyətini formalaşdırmış.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 20, 2007 19:15 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 133

 Qan Turalı

Qan Turalı
qantural@gmail.com

 Sevinc Telmanqızının iki yazısına bir cavab

“Yeni Müsavat” qəzetinin köşə yazarı Sevinc Telmanqızı növbəti dəfə gənc yazarları hədəfə aldı. Bir az bundan əvvəl Sevinc yenə də gənclərin üstünə düşmüş və onları dövlətdən təqaüd istəməkdə ittiham eləmişdi. Amma bu açıqca şər idi. Çünki gənc yazarların heç biri təqaüd istədiyini deməmiş, yazmamışdı. Məhz bu cəhətə görə yazı fakturadan kasad və olduqca bayağı alınmışdı. İlk yazısı ilə hədəfə vurmağı bacarmayan Sevinc xanım deyilənə görə YM-ın redaktor heyəti tərəfindən növbəti bir yazı yazmaq tarpşırığını alıb. YM qəzetində belə əmrlər tez-tez olur. Qəzetin redaktoru Zahid Səfəroğlu bir dəfə Azərbaycan xalqına müraciət edərək onları bizə qız verməməyə çağırmışdı. Sevincin də yazısında qız söhbəti var.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 19, 2007 22:35 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 123

Qan TuralıQan Turalı
qantural@gmail.com

Seymur Baycanın "18.6" romanı haqda

Seymur Baycanın yeni romanı «18.6 cm»-in çap olunmağından bir neçə gün keçir. Bu vaxta qədər Vəfanın yazısı istisna olmaqla üstəgəl tanıtım xarakterli mətnləri çıxsaq, bu barədə mətbuat heç bir şey yazmayıb. Amma ədəbi kuluarlarda, daha dəqiq desək, çayxanalarda və başqa ünsiyyət formalarında-emaillərdə, smslərdə bu roman haqqında kifayət qədər, əksər hallarda isə neqativ xarakterli mövqelər tüğyan edir.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 18, 2007 20:18 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 122

    

Ramin

DEKO

ramin_deco@box.az

Ancaq Azərbaycanda...
    Ancaq Azərbaycanda dana ətinin kilosu 5 manat olduğu halda, kolbasanın kilosu 2 manat 40 qəpikdir.
   Ancaq Azərbaycanda  arvad öz ərindən boşananda gedib müğənni olur.  
   Ancaq Azərbaycanda qəzetdən salfetka kimi istifadə edirlər.    
   Ancaq Azərbaycanda sürücü təhlükəsizlik kəmərini əliylə tutur.
   Ancaq Azərbaycanda telekanallar "vurma kompaniyası" ilə məşğul olurlar.
   Ancaq Azərbaycanda 20 faiz işğal olunan ölkədə  genaral yetişə bilər.
   Ancaq Azərbaycanda aftoşlar maşını "muzukalnıy çentr"ə görə sürürlər.
   Ancaq Azərbaycanda "acından ölənənlər" ulduzlara sms göndərir.
   Ancaq Azərbaycanda polislər yekəqarın olur.

 

                   

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 15, 2007 1:17 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 165

Qan TuralıQan Turalı

qan_tural@yahoo.com

Havaların istiləşib, soyuqladığı bu günlərdə kitab oxumaq insan yeganə xilas yolu kimi gəlir. Son vaxtlarda bir xeyli kitab oxumuşam. Əvvəlcə Orxan Pamukun “Qar” romanını Şərif Ağayarın təbiri ilə desək su kimi içdim. Daha sonra Qoqolun “Taras Bulba” povestini oxudum. Artur Heylinin “Aeroport” romanı bir il idi ki, evdə yatırdı. Seymur Verdizadəyə onu oxumaq üçün verdim.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 15, 2007 1:06 | Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 166

Qan TuralıQan Turalı
qan_tural@yahoo.com

 Aqşinin şeiri, publisistikası haqqında polemika

Hamını öz adı ilə çağırmaq zamanı gəldi. Biz 2000-cilər nəsli olaraq artıq ilk qurbanımızı vermişik, bunu malalamağın, üstümüzə vurmamağın heç bir adı yoxdur. İlk qurbanımız Aqşindir. Biz bunu ilk dəfə söyləyirik, çünki bu yazı yazılana qədər Aqşinin özünü düzəldəcəyinə, ciddi bir kitabı axıra qədər oxuyacağına inamımız vardı. Lakin “Alma” qəzetində yazdığı yazılar, demək olar ki, hər gün etdiyimiz ədəbiyyat söhbətləri bizi bir daha əmin edir ki, Aqşin düzələn deyil, 60-cıların qırx yaşdan sonra qədəm qoyduğu özünəvurğunluğa Aqşin otuza çatmamış qədəm qoyub.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 10, 2007 3:36 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 301

Həmid Herisçi

 Həmid HERSÇİ

 Hardadır həyatın bütün gizlinlərini özündə yaşadan bədii mətn, hardadır dünyaya meydan oxuyan sehirli kitab? Hardadır öz canında haqq-həqiqət sirlərini yaşadan ecazkar şer aləmi?  İti beyinləri silkələyən, öz oxucularının yorğun baxışlarını uzaq üfüqlərə zillədən roman, nəsr, poeziya dünyası? Durnanı gözündən vuran mahir ovçular kimi, qabağa düşüb, cavabınızı elə lap indidən, bəribaşdan duyuruq. Polisdən, icra başçılarının dazbaş cangüdənlərindən qorxmaya-qorxmaya deyəcəksiniz- o nə sualdı, əlbətdə ki, çap məhsullarında, qalın cildli kitablarda, parlaq üz qapaqları uzaq ulduzlara göz vuran kommersiya yönlü səfeh-səfeh jurnallarda, Yazarlar Birliyinin «Ədəbi+yat» qəzetəsində, Moskvada çap olunan «Drujba narodov» dərgisində… Yoox! Yanılırsınız, özü də möhkəm, adam da bu qədər sadədöhv olar heç?

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 10, 2007 3:29 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 131

Aydın XanAydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

  Mültimədəniyyət: qloballaşmanın poetikası 

Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoxdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir…Məşhur oxşatma var: tarlada yalnız lalələr gül açsa, başqa çiçəklər olmasa, çöl gözəl görünərmi? Bir ağızdan cavab vermək mümkündür ki, yox!

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 10, 2007 3:21 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 84

Qabaqki yazılar

  Yazılar cəmi: 40    Sonrakı səhifə »