YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!


 
Elçin
Ailənin dəyəri
 
Arvadı döymək halaldır
Mənim azərbaycanlı ailəsinə yazığım gəlir. Bu ailə heç zaman qarşılıqlı sevgi, bir-birinə hörmət və anlaşma üzərində qurulmur. Hər zaman yalan, sifariş, təzyiq, boş vədlər, ikiüzlülük, havayı ümidlər, hüquqsuzluq, uşaqlıqda kəsilmiş şərtlər, ağsaqqal “xeyir-duası”, axmaq adətlərin və camaat qınağının təhriki, nə bilim cehiz və var-dövlət sevdası kimi çürük təməllər üzərində yaranır. Buna yalnız məcburi ittifaq demək olar, çünki bəzən bir-birinə nifrət edən tərəflər belə ömür boyu bir dam altında, bir yastığa baş qoyub yaşayır, hətta özlərini xoşbəxt göstərməyə də can atırlar. Onlar üçün vacibi – öz həyatları və övladları deyil, ağsaqqal nəsihətləri, yaramaz adətlər (aman, boşansaq, nəslimizin şəninə ləkə gələr, el-obada valideynlərimiz (özümüz də yox) rüsvay olar), qonşuların reaksiyasıdır. Yeni ailəcik tamamən ata-anasının surəti olmalıdır, hətta bunu müqəddəs vəzifə də sayır. Əsas yük isə valideynlərin üzərinə düşür, öz əlləriylə iki qəlbi birləşdirir, ənənəvi və sevilən bir birlik yaradıb adını ailə ocağı qoyurlar, hətta bu kifayət etmirmiş kimi, körpə ailənin bütün həyatını idarə etmək, onların nə işləyib harada yatacaqlarından tutmuş, nəvələrin sifarişinə qədər, hətta sifarişdə uşağın cinsi də göstərilir. Necə iyrənirəm bunlardan... Ata-ananın bu cür “məhəbbəti” cəhənnəmə, birliyin öz üzvləri bu müqəddəs monarxiyanı şərəflə qəbul edərək ömürlərinin sonuna qədər sədaqətlə qoruyur, öz bədbəxt övladlarına miras olaraq ötürürlər. Boyunduruq və məcburiyyətlər ailənin inanc yeridir, hətta bu sərsəm tendensiyaya bir həyat yolu kimi baxırlar. Onlar üçün ailədə hüquq anlayışı yoxdur, yalnız sonsuz vəzifələr və adətlərin gərəkdirdiyi borclar vardır. Ailə birlik modelindən daha çox inkubatordur, savadsızlıqdanmı, yoxsa oynamağa başqa şey tapmadıqları üçünmü, gücləri çatdığı qədər doğub törəməklə məşğul olurlar, ikitərəfli razılıq və ya planlaşmadan söhbət gedə bilməz, el dəbi - el adəti təbii artımdır. Tipik azəri övrəti Söylü arvad demişkən, “ildə bir bala minimumdur.” Ailənin namusu olan qadın bəzən dilsiz-ağızsız mal olaraq satılır, gəldiyi yerdə də ər evinin bütün nəslinin qulluqçusu titulu ilə damğalanaraq, bitməyən vəzifələrinin icrasına başlayır. Ər isə əsl azəri kişisidir, vecsiz həyatının bütün uğursuzluqlarının atmosferini evində yaradır. Qorxu və zəhrimar şəraitində idarə etdiyi ailəsinə yalnız kənarda deyə bilmədiklərini deməyə, qarnını doydurmağa və çığır-bağır salaraq ev sakinlərini kişi şapalağı altına salmağa gəlir. Bu ailədə gənclər - ittifaq qurmur, uşaqlar bir-birinə calanır, ailə planları hazırlamır, yuxarıdan birtərəfli təlimatlar və təkzibedilməz əmrlər qəbul edirlər, yaşamağa can atmırlar, həyat yolu cızmırlar, bölüşdürülmüş vaxt kəsiyinin yarısını valideynlərin xətrinə, yarısını da uşaqları üçün doldururlar. Hətta ən sevilən və xoşbəxt bəy-gəlin odur ki, toya qədər bir-birilərini tanımasınlar, belə ailəni tərbiyəli, eyni zamanda müqəddəs ailə sayıb nənə-babalarmız, ata-analarımız... Artıq bir sınanmış həqiqət də var ki, azərbaycanlıların içindən çıxa biləcək savadlı, istedadlı, böyük ideyalarla yaşayan tək-tük insanların da məhvinə əsas səbəb elə vaxtsız içinə bulaşdıqları ailə olmuşdur. Onlarınkı də bura qədər idi. Gənclərin xöşbəxt həyatları naminə qarşılıqlı səmimi və ülvi hisslər əsasında qurulmuş ittifaqdan başqa ailə bu məmləkətdə hər nə desən kəsb edir. Məsələn, oğluna “urusyetə” getməyə mane olmaq, heç nəyə yaramayan oğulu tərbiyələndirmək, gəzəyən qızın ayağını “sındırmaq”, qonşuların ağzını bağlamaq, varlılarla qohum olmaq, qocalara qulluqçu “almaq”, sərbəst olmaq istəyən qız uşağını arxayın olacaqları (qızın həyatından yox, öz axmaq ambisiyalarından) yerə təpik vuraraq göndərmək, və ya ən sevilən və populyar üsul, sadəcə toy olsun, oynamaq və yeyib içmək üçün – hər şeyə səbəb edirlər ailəni... Öz həyatlarını özləri qurmağa çalışan, həyatda bir gün görmək istəyən - nankor, nəsillərinin adına ləkə gətirən, tərbiyəsiz, lənətlənmiş ailələr barədə danışmaq istəmirəm, onlar sadəcə istisnalardır. İstisna isə qanunauyğunluğu pozmur...


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 29, 2007 22:31 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 79

Həyat bağçası 

Öz taleyinə meyvə bağı kimi qulluq etmək, hər an, hər dəqiqə onun qayğısına qalmaq, bu günün işini sabaha qoymamaq lazımdır. Çünki elə bir an gələ bilər ki, siz gecikə, bu bağa əvvəlki gözəlliyini qaytara bilməzsiniz. Elə buna görə də həyat bağçanızı sizi əhatə edən dünyanın gözəllikləri ilə bol-bol sulayın; öz gücünüzə inamsızlığı alaq kimi kökündən çıxarın; tənbəllik, paxıllıq və laqeydlik adlanan ziyanvericilərlə amansızcasına mübarizə aparın. Belədə ömür ağacınız yalnız sizin üçün xeyirli bəhrələr verməyəcək, o həm də ətrafdakıları öz gözəlliyi ilə məftun edəcək.   Çiçəklənmə proqramı: 

1.     Bu günlə yaşa (burada və indi yaşa).

2.     Əlində nə varsa, hamısından istifadə et. 

3.     Özünü sev.

4.     Ruhun və cismin harmoniyasına nail ol.

5.     Pul məqsəd deyil, vasitədir. 

Katudzo Nişi

 


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 28, 2007 23:04 | Fəlsəfə | Şərhlər(0) | Baxış sayı: 100


Ramin

DEKO
ramin_deco@box.az

 Hara gedirik

Gediləcək yerimiz bəlli deyil

 Filosofları, dahiləri, ziyalıları gənclik məfkurəsi,  gənclik predmeti zaman-zaman düşündürüb, bunun həlli yolları axtarılıb. Qismən də olsa yuxarıda sadalananlar nəyisə həll etməyə cəhd göstəriblər. Bəs indi? İndiki dövrdə Azərbaycan ziyalısı bu haqda düşünürmü? Gəncliyə dar gündə (yəni indiki gündə) kömək edirmi? Yolunu azmış gəncliyə mənəvi dayaq dururmu? Düşünsəydi nəsə edərdi və ya etməyə çalışardı.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 4:24 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 102

Ruslara minnətdar olmalıyıq

Ramin DEKO
ramin_deco@box.az

AQŞİNƏ SÖZÜM VAR



Azərbaycan xalqı ruslara minnətdar olmalıdır. Foytondan düşürdüb tramvaya mindirən xalqa minnətarlıq düşmürmü? Allahın salamı da?Ruslara minnətdar olmalıyıq ki, Üzeyir Hacıbəyov kimi bir insanı bəxş elətdirdi. Hansı ki, Üzeyir bəyin 15 illik müstəqillik dövründə heç atılan dırnağına bərabər olan bir insan yetişdirməmişik. Ruslara minnətdar olmalıyıq ki, bizlər üçün universitet açdı. Onlara çox sağol da düşmür? Qori seminariyasını açdı. O seminariya ki, orada Mirzə Cəlil, Firudin Bəy Köçərli yetişdi.Metroya, avtobusa necə minməyi, qadınla rəftarı ruslar bizə öyrətmədimi?Nəyin nə olduğunu onlar bizə öyrətdilər. Düzdür Səməd Vurğunu onlar bizə sırıdılar. Çox təəssüf ki, biz hələ da Səməd Vurğunu dünya şöhrətli şair sayırıq. Bir dəfə gənc bəstəkar Firudin Allahverdi köşələrinin birində qeyd edir. “Azərbaycanlı heç vaxt rusla üz-üzə otura bilməz. Çünki arxasında Puşkin poeziyası, azərbaycanlının “dalında” dursa-dursa Səməd Vurğun duracaq”. Həqiqətdə də belədir. Səməd Vurğun Puşkinlə üz-üzə gələ bilərmi? Səməd Vurğun dastan yazıb Koroğlu, Aşıq Abbas dastanları kimi. Səməd Vurğunu bizə Şekspirlə bir cərgədə qoyuruq. Heç buna görə xəlvətdə də olsa xəcalət çəkirikmi?Bəli, ruslar bizə Koroğlunu, Qaçaq Nəbini qəhrəman eləməyə qoymamışdı. Axı oğrudan qəhrəman necə olar? Onlar bizə qadağan etmişdi “novruz”u. Biz də özümüzü cırırdıq ki, bizə novruz lazımdır. Al bu da novruz lazımı səviyyə da qeyd edə bilirikmi? Maddi durumumuz buna yetirmi. Ruslar buna görə bizə imkan yaratmırdı da.Bəli müstəqil olan kimi hər şeyi elədik. Nəticəsi nə oldu? Qoz qabığı. 70 illik zəhmət puç oldu getdi.Bəs əvəzində biz ruslara nə verdik? Neftimi? Haray salmışıq ki, neftimizlə Rusiya 2-ci dünya müharibəsini qazandı. Hə, nə olsun. Neft olmasaydı Rusiya qələbə qazanmayacaqdı? O boydana Amerika kimi müdafiə edirdi? Əgər bizi əhliləşdirirdisə deməli əvəzində nəsə də almalıydı. İndi məgər qərb nefti əlimizdən almır? Bəs onlar nə verir? Guya ki, indi neft bizim əlimizdədir? Onu hansısa kasıb təbəqənin nümayəndəsi görübmü? Nə rəngdə olduğunu kimsə deyə bilərmi?Onu kimlərsə görür, amma bizlərə göstərmir. Çünki qudura, ayağa qalxa, haqqımızı tələb edə bilərik. Bax budur reallıq. Bunlara görə onlara-ruslara minnətdar olmalıyıq. Minnətdar olmalıyıq ki, qoy kimlərsə də bizə minnətdar olsunlar.

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 4:19 | Mədəniyyət | Şərhlər(1) | Baxış sayı: 95

Bu gün milәli-mütәmәddinәnin bu qәdәr әllәşib çalışmaları, һәr bir işlәrindә göstәrdiklәri sә'y vә tәlaş, һamısı gәlәcәyә әһәmiyyәt nәzәri ilә baxmaqlarından irәli gәlir. Gәlәcәklәrini әһәmiyyәtli vә әziz tutan millәtlәr һeç bir vaxt qeydsiz vә qayğısız olmayıb, һәr an vә һәr dәqiqә çalışırlar. Bunların һәr bir firqә, sinif vә silki özü üçün parlaq bir gәlәcәk һazırlamaqdadır. Caһil vә qafil millәt isә әtalәt vә kәsalәt ilә dolanıb gәlәcәyin qeydinә qalmır, gәlәcәk fikrindә olmur, özünә azuqә axtarmayıb, azuqәsiz qalan adam kimi, bu millәt dә axırda gәlәcәkdәn mәһrum olur, yә'ni yox olub gedir.

Tarixin varaqlarını seyr edәrsәk, bir çox misallar taparıq ki, әn böyük, cәsim vә qәviyyul-şikәmiyyә görünәn, lakin istiqbalını һeç bir һalda nәzәrә almayıb da qәflәt ilә gün keçirәn millәtlәr, ufacıq, az vә zәif, fәqәt һuşiyar vә gәlәcәk fikrindә olan bir millәtin qabağında әriyib, müruri-zaman ilә mәһv vә nabud olubdur vә yaxud öz istiqlalını bәrqәrar vә payıdar saxlamağa qadir olan bir millәt, әtalәt vә bәtalәti ucundan sairәlәrin әlindә münqәriz olub gedir.

Gәlәcәk qeydinә qalmayıb, vaxtlarını münaziә vә münaqişәdә keçirәn knyazlar vә һökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun tәһlükәli kәnarına yetirmişdilәr. Lakin bәsirәtli vә istiqbali-millәti gözlәyәn mininlәr, pojarskilәr Vәtәni o tәһlükәdәn gseri çәkdilәr. Rusiyanın gәlәcәyinә can qurban edәcәk qәdәr çalışan Pyotr Kәbirin sә'y vә cәһdi sayәsindә zәif Rusiya әzәmәtli, qüvvәtli, qonşu qorxuzan bir padşaһlıq oldu.

Gәlәcәyi üçün ciddi surәtdә çalışmağa bel bağlamış Yaponiya bugünki qüvvәt, qüdrәt vә şöһrәtә nail oldu. İranı bu tәәssüflü һala salan istiqbala qarşı göstәrilәn soyuqluq vә qeydsizlik deyilmi?

Hәr bir millәtin bir gәlәcәyi vardır. Bu gәlәcәyin dә yaxşı vә yamanlığı millәtin özündәndir.

Biz indi görürük ki, bizim sәlәflәrimiz bizdәn ötrü nә tövr gәlәcәk һazırlayıbdırlar. İçimizdә olan müxtәlif әmәllәr, fәna rәftarlar, axırımıza çıxacaq qәdәr bizi bezar edәn pis-pis һәrәkәtlәr һamısı sәlәflәrimizin adәtlәri imiş ki, bugünә qәdәr içimizdә davam edib, tәrәqqi vә taalimizә böyük sәdd olmuşdur. Әgәr, sәlәflәrimizin işlәrinә dürüst diqqәt edәrsәk, belә bir nәticәyә gәlә bilәrik ki, sәlәflәrimiz bizi yox etmәk, yer üzündәn götürmәk istәyirmişlәr. Biz dәxi, әlbәttә, sәlәflәrimizә iqtida edәrsәk, gәlәcәk xәlәflәrimiz üçün çox bir әsәfli istiqbal һazırlarıq ki, bәqasi mәşkuk vә dәvamı iştibaһlı olar.

Biz bu gәlәcәyimizi әziz tutub da onun tә'mini üçün çalışmalıyıq. Biz elә bir meydan һazırlamalıyıq ki, övladımız orada kәsbi-qüvvәt etmәyә, bari, bizdәn qalmış mümaniәlәrә düçar olmasınlar.

Biz elә bir münbit yer һazırlamalıyıq ki, gәlәcәk adamlarımızın әmin, arxayın yaşayıb da getdikcә tәrәqqi vә tәkamülünә böyük bir tәkan olsun. Biz indiyә qәdәr ömür sürmüşük, indidәn sonra da ömür sürmәliyik...

Çifayda!

İndi işlәrimizә baxanda vә indiki mövqeimizi nәzәrә aldıqda, gәlәcәyimizin һalı çox mәxşuş görünür. Rusiya inqilabı, ümumiyyәtlә vә ermәni-müsәlman iğtişaşı xüsusilә bizdәn örtü böyük bir zәrbә oldusa da vә bizi qәflәt yuxusundan oyandırdısa da, görünür ki, bir dәfә göz açmağa ixtifa edib, tәkrar mürgülәmәyә başladıq...

Başladığımız işlәrin, bulunduğumuz tәşәbbüslәrin әn böyüyü idareyi-ruһaniyyә islaһilә Dövlәt dumasına vәkil seçmәk idi. Bu böyük vә әn müһüm işlәrin ikisi dә namüsaid olub, nәticәlәri dә ikisi bir yerdә һeçә bәrabәr oldu. Nә etmәli? Tәәssüf yemәklә bir şey olmaz. Yaxşısı budur ki, keçmişdә göstәrdiyimiz qeydsizliklәr ilә bacarıb, nәfm-bәrdar olaq. Hәr һalda çalışaq, lakin işә әһәmiyyәt nәzәrilә baxaq ki, çalışmağımızdan da bir şey һasil ola bilsin.

Qonşuluğumuzda olan iki millәtin gәlәcәk üçün nә cür vә nәzәr ilә çalışmalarını görürük. Qonşularımız elm cәһәtincә bizdәn artıqdırlar.

Onların qeyrәt vә һimmәti dәxi bizdәn artıqdır. Bizlәr dә bunlar kimi ciddi surәtdә çalışmasaq, yәqin ki, axırda bunların müqabilindә һeç mәnzilәsindә qalarıq.

Üzeyir Hacıbəyov 


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 4:01 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 110

Rus qәzetәlәrini mütaliә etdiyim yerdә gözlәrim «Novoye vremya»da tәәssüfamiz bir mәqalәyә sataşdı. Bu mәqalәdә insanı tәһqir edәcәk dәrәcәdә murdar bir һadisәdәn mә'әl-tәәssüf xәbәrdar oldum. «Liberalnı» adlanan ingilis qәzetәlәrindәn «Tribyun» adlısı yazır ki, bu keçәnlәrdә ingilis әfsәr zabitlәri Misirdә nә sәbәbdәn nsә güllәlәr atıb, mәһәlli әһalidәn bir neçәsini vurubdurlar. Bu һalda şuriş düşüb, әһali tәrәfindәn güllәlәr atıldıqda ingilis zabitlәrindәn birisinә güllә dәyib ölübdür. İngilis һökumәti, әlbәttә, öz zabitinin qanını yerdә qoymaq istәmәyibdir. Sud qurub, mәһәlli әһali tәrәfindәn 4 nәfәrini asılmağa vә 2 nәfәrini qırmanc (qamçı) ilә döyüb, әziyyәt verdirmәyә mәһkum edibdir. Misirlilәrdәn bir çox adam һazır olduğu yerdә bu binәvaların qәtl vә cövrünә şüru olunub, tamam 4 saat müddәtindә olmazın әziyyәt vә әzabdan sonra һamısını qәtl edibdirlәr...

Bir baxınız, indiyә qәdәr ingilis tәrәfindәn «vәһşi» һesab olunan Rusiya millәti һәlә qısqıdan qurtarmamış, aruzu olunan һürriyyәtlәri almamış, tәlәb edir ki, ölüm cәzası fәsx olunsun. Amma azadәlik sayәsindә dolanan mәdәni ingilislәr XX әsrdә dә adam öldürmәkdәn, yә'ni qatillikdәn әl götürmәyiblәr. Özü dә kimi öldürür? Saһibsiz, başsız, әl-ayaqsız әһalini! Nә tәr öldürür?

Bir can әvәzindә 6 nәfәr can, arvadların aһ-nalәsinә, kişilәrin yalvarmağına baxmayıb, dürlü-dürlü cövr vә sitәmdәn sonra öldürür! Harada öldürür?

Misirlilәrin saһibsiz qalmış öz vәtәnlәrindә.

Tәәccüb burasıdır: ingilis һökumәtinin belә vәһşi yırtıcılığına azad vә mәdәni ingilis parlamenti, yә'ni ingilis camaatı bir söz belә demәyib, Rusiyada bir әmri әzim ucundan vaqe olan qırğınlardan ötrü Rusiya һökumәtindәn rәncidә olduğunu izһar edir... Görünür ki, mәdәni ingilislәrin yanında Rusiya yәһudilәri adamdırlar, amma Misir әһalisi dilsiz vә ixtiyarsız һeyvandır...

Bu isә mәdәniyyәt üçün nә böyük bir isteһzadır. Hürriyyәt pәrәstarı adlanan ingilis qәzeti һökumәtinin belә bir vәһşi dirrәndәliyini yazıb da bu xüsusda bir söz dә demir. 6 nәfәr misirlinin әdalәtsizlik ilә içra olunan qәtli mәzkur qәzetәdәn ötrü adi vә e'tiraza layiq olmayan bir һadisә kimi görünür...

Bu isә «liberalizm» sözünü ayaq altına salıb tapdalamaq deyilmi!?.... Bilirsinizmi, ingilisin Misir әһalisinin başına gәtirdiyi bu cinayәtlәr Misir әһalisindәn intiqam alıb, onu vaһimә (terror)yә salmaqdan ibarәtdir. Çünki misirlilәrin meyli vә mәһәbbәti Osmanlı dövlәtinә olub, qasiblәrә qarşı qәlblәrindә yalnız bir nifrәt bәslәyirlәr.

Üzeyir Hacıbəyov


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 26, 2007 3:58 | Mədəniyyət | Şərhlər(0) | Baxış sayı: 74

 


1. Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.
2. Bilirəm sən bir ulduzsan ətrafında bir çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!
3. Göy üzü nə qədər qaranlıq olarsa olsun oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var!
4. Həyatındakı üzüntülər sahildəki ayaq izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər qalıcı olsun.
5. Ay işığının aydınlatdığı bir sahildə kiçik bir budağa “Səni Sevirəm” yazmaq istərdim. Ancaq sən qəzəbli bir dalğa olub silə biləcəyindən deyə qorxuram.
6. Gecədir ki, adamı kədərləndirən? Yoxsa adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?
7. Qəlbimdə 3 çiçək böyütdüm. Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq biri qaldı; gözləmək!
8. Yarı dalğalı olmamalıdır dəniz. Ya tam sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam sevməli yada çıxıb getməli.
9. Duyğular vardır anladılmayan. Sevgilər vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.
10. Səni sevdiyim qədər yaşasaydım ölümsüz olardım.
11. Bu dünyada iki kor var. Biri məni görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.
12. Kül olmuş atəş yanarmı? Buz bağlamış su axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?
13. Soyuq havalarda heç bir zaman üşümədim bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.
14. Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.
15. Sevgini göstərməlisən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!
16. Günəşə baxa bilərəm amma üzünə əsla, atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni unutsam belə səni əsla.
17. Həyat həyatdır, sevgi sevgidir, yolda yol ( bu sevgi mesajıda məndən).. Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!
18. Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!
19. Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.
20. Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?
21. Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?
22. Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!
23. Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm.
24. Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.
25. Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.
26. Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.
27. Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.
28. Sənə bir göyərçin göndərirəm ürəyində sevgi,qanadlarında xoşbəxtlik, dimdiyində öpüş var!
29. Tikan olub ayağa batınca,gül olub sinəyə taxıl!
30. Gecənin qaranlığındasan,günəşin işığında,yağışın damlasındasan,selin coşqusunda,bəzən yuxumdasan,bəzən yanımda,amma hər zamanağlımdasan bunu unutma!
31. Gül dükanın yanından kecende bir gül sanki men hamıdan gözələm deyirdi.Gülü aldım gözəl olduğuna görə deyil,səni görəndə utansın deyə!
32. Əgər canın sıxılırsa,gecə hər zamankından qaranlıq görsənirsə,dur aynadan göy üzünə bax,orda görəcəksənki, sabahı gözləyən tək sən deyilsən.
33. Nədənsə bu dəfə özümdən sevgi mesajı yaza bilmədim.. Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!
34. Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!
35. Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.
36. Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?
37. Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?
38. Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!
39. Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm.
40. Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.
41. Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.
42. Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.
43. Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.
44. Sənə bir göyərçin göndərirəm ürəyində sevgi,qanadlarında xoşbəxtlik, dimdiyində öpüş var!
45. Tikan olub ayağa batınca,gül olub sinəyə taxıl!
46. Gecənin qaranlığındasan,günəşin işığında,yağışın damlasındasan,selin coşqusunda,bəzən yuxumdasan,bəzən yanımda,amma hər zaman ağlımdasan bunu unutma!
47. Gül dükanın yanından kecende bir gül sanki men hamıdan gözələm deyirdi.Gülü aldım gözəl olduğuna görə deyil,səni görəndə utansın deyə!
48. Əgər canın sıxılırsa,gecə hər zamankından qaranlıq görsənirsə,dur aynadan göy üzünə bax,orda görəcəksənki, sabahı gözləyən tək sən deyilsən.

Sevgili Dildar


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 24, 2007 9:54 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 84


        Biz nə edirik             


  Azərbaycanda jurnalistika mütəxəssislərin fikrincə keçid dövrünü yaşayır. Müstəqilliyimizdən 15 il keçsədə jurnalistikada inkişaf, real nəticə yoxdur. Məhz bunun olmaması bir çox qəzetlərinin fəaliyyətlərinin dayanmasının səbəb oldu. Biri maliyyənin olmamasından, digəri məhkəmə üzündən və.s. bu kimi işlərdən fəaliyyətinə xitam verdi. Jurnalistika nəinki keçid dövrünü, özünün ən arzuolunmaz anlarını yaşayır, bəlkədə ilini, əsrini.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 24, 2007 9:17 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 72


 

Məhərrəm BABAYEV
maxon@box.az 
 Məktəbdə sevgi faktoru 
Sevgi ana bətnində körpədə yaranır,fani dünyada ataya,vətənə keçidini stimullaşdırır.Məhəbbət isə insan deyilən varlığda uşaqlıqda yaranır.Bağçaya gedən hər bir uşaq orada öz ilk "yarını" tapır.Bağçanı "bitirən" məhsum çocuq orta məktəbdə sevgi ovuna çıxır.Sevgi ovu müddətindən aslı olaraq uğurlu və ya uğursuz ola bilir.Bəs bu iki məhfum arasında qalan şagird çıxış yolunu hansında - birincidə yoxsa ikincidə görməlidir?Gəlin bir neçə şagirdlərin sevgi "bağçalarına" baş vuraq,amma bağçadan gül dərməmək şərtilə.
  ...Əgər qızın yox cavabından damarını kəsməyə,özünü asmağa hətta sıldırımlı qayadan atmağa oğlan cəsarət tapırsa, onda o qızı bağışlamaq nə dərəcədə düzgündür? Oğlanın xəyanətini bağışlamayan bu qızcığazlar öz xəyanətlərini, mesajlarını belə ağıllarına gətirmək istəmirlər.Necə olur ki,öz qohumu ilə söhbət edən oğlan qız yanında gözü "kölgəlidi".Ancaq bütün günü öz sinif yoldaşıyla "mazaqlaşan" qızdan onunla nə söhbət etdiyini soruşanda "niprav" çıxırsan.Necə deyərlər oğru elə bağırır ki,doğrunun bağrı yarılır.
  Hələ sevgi şəcarəsində özünə yuva tapa bilməyən oğlanlar çox vaxt qız məngənəsində boğulurlar.
  Bəzən elə olur ki,oğlanın sidqi ürəklə sevdiyi qız elə zənn edir ki, "məcnunu" el arasında desək onu fırladır.Amma qız bu fırlatmaq periodunu axtarıb tapa bilmir.Çünki ortalıqda nəticəyə təsir edə biləcək bir zərbə yoxdur.
  ...Öz sevgisindən imtina edən oğlan qızında sevgilisindən imtina etməyə məcbur edir.Şair demişkən:
                                             
                             Sənin ərin ölsün,mənim arvadım 
                             Düşsün evimizə vay gülə-gülə. 
                                                                                      (S.S)
                   Və yaxud:
                           
                           Üzü göyçək, içi idbar məni ağlar günə qoydun
                           Sənə mən nə eylədim yar məni ağlar günə qoydun
                                                                                    (N.Q)
Bu parodiyadır,yoxsa paroniyadır.
 Özünü min bir əzab-əziyyətə qatlaşdıran oğlanın zəhmətini qız heçə endirir. Nəticədə oğlanda özünə qapılma oyanır.İşin sonu bəlli ...dir
 ...Tez tez küsüb barışan sevgililərin ürəyindən sanki belə bir istək keçir.Bu sevgiyə hansımız  sadiq və layiqik? Sadəlövh olan qızlar hər şeyə tez inanır,rəfiqə(lər)sini onu sevən oğlandan üstün tutaraq sanki heçnə olmamış kimi hər şeyə etiraz edir.Üsyankar olan bu cür qız, sevgisinə ləyaqətli və sadiq olan oğlanın özünə sui-qəsdini reallaşdırır.
 
P.S. Yazı "Sevgi oyuncaqdırmı?" mövzusu ətrafında 47 saylı orta məktəbin 10-v sinif şagirdlərinin sifarişi əsasında qələmə alınıb.Və bu yazıya müəlliflə yanaşı həmin sinfin ŞAGİRDLƏRi də məsuliyyət daşıyır. 

                

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Avqust 24, 2007 9:10 | Fəlsəfə | Şərhlər(0) | Baxış sayı: 100

Qabaqki yazılar

  Yazılar cəmi: 11    Sonrakı səhifə »