YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
AY ÜRƏK…


İki ayağını bir başmağa dirədi ki, alacam. Vəssalam!
Arvad çox yalvardı:
– Əşi, müəllim adamsan, motosiklet sənin harana yaraşır? Xalq «Jiquli» alır, «Qaz-24» alır. Sən də durub qocalıqda yorğalıq eləyirsən?
Mümkün olmadı. Mütləq almalıydı. Özü də ilk dəfə tərkinə oğlu Kazımı mindirməliydi. Adlı-sanlı «Volqa»ları ötməliydi. Nərgizgilin çəpərinin yanından sürətlə keçməliydi.
Birdən nəsə «dızz» elədi. Nərgiz:
– A bala, o kimiydi? – soruşdu.
Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 31, 2007 19:30 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 107

GÜLÜMSƏYƏN AĞAC



Elə bil Əliş bir udum işığı torpaq altına aparmaq istəmədi.
Gözlərini açdı.
– Ölürəm aaz, a Telli, gücüm canımdan yavaş-yavaş əkilib gedir. İşdi ölüb-eləsəm, gədəni prokurorluğa qoyarsan ha!
Tellinin üzünün bir tərəfində gün çıxdı, bir tərəfində çay axdı.
– Ölməzsən, ay kişi, Allah eləməsin. O ili də belə olmuşdun. Yaz gəlir, qan qaynayır.
Əliş dünyanın bir tərəfi kimi böyrü üstə yıxılmışdı. Canından həyat küsmüşdü. Ölüm yeriyirdi canının üstüynən.
Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 31, 2007 19:27 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 88

 Qəşəm Nəcəfzadə

 www.qeshemnecefzade.net

 qesemnecefzade@mail.ru

KEÇMİŞƏ ATILAN DAŞLAR GƏLƏCƏYƏ DƏYİR

 Elçinin «Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri» məqaləsi haqqında

 

Elçinin «525-ci qəzet»də dərc edilmiş «Müasir dördə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri» məqaləsini hərə bir tərəfdən, müxtəlif istiqamətlərdən qiymətləndirdi: Elçin «60-cılar»ın köməyinə gəlir və yaxud Elçin demək istəyir ki, mən də ədəbiyyatda varam, Elçin ədəbiyyata qayıdır və s. Məsələlər həftə ərzində gündəmdə oldu. «Pərvanə» ədəbi məclisinin növbəti yığıncağında da bu məqalə müxtəlif prizmalardan təhlil, tədqiq edilsə də belə, mən məqaləni nəyə və nə məqsədlə yazıldığını yox, Elçinin həmin yazısına, ədəbi tənqidi, estetik düşüncələrinə öz münasibətimi bildirmək istəyirəm.
Əvvəla, onu deyim ki, Elçin bütün varlığı, gücü ilə çağdaş ədəbiyyata, sənətə ədəbi-bədii, tənqidi estetik görüşləri ilə daim namusla xidmət edib, ona təkan verib. Bu məqalə də özünə məxsus dəsti-xətti ilə fərqlənsə də, mahiyyətdə heç nəyi dəyişdirmir, yəni heç də Elçin müasir ədəbi tənqidin yaradıcılıq problemlərini tam əhatə edə bilməyib, əksinə yazıda bir-birinə zidd olan arqumentlərə, qeyri-müəyyən fikirlərə rast gəlinir.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 31, 2007 4:49 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 115

  Uşaq ədəbiyyatının problemləri 

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər.
Uşaq atasından soruşur:
– Dənizi kim qazıb, gəmilərin ayağı yerə çatırmı?

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 12, 2007 2:20 | Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 198

Ad qovğası

Tənqidçi Yusifli qardaşlarından birinə - Cavanşirə rast gəlirəm metrodan çıxan kimi və həmən də ədəbiyyat haqqında söhbətə girişirik on-on beş addımlıq yolda. Mən ona deyirəm ki, Nərgiz xanımın sizin haqqınızda gözəl bir məqaləsini oxudum. "Asan deyil bu cür yazıları yazmaq" - deyirəm. Gülümsünür və "bir az düşüncə tərzimiz yaxın, bir az da onun özünün məlumatı və yanaşma tərzi maraqlı" - deyir Cavanşir Yusifli məmnunluqla.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 12, 2007 2:15 | Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 114

  Orxan Fikrətoğlu   

 Orxan FİKRƏTOĞLU

  

 Axrestomatik əhvalat 

Qərib adam kəndi itindən bilər. Qərib işığı neynir? Kəndlərin hamısı itlərinin səsi içindədir. İt səsi kəndin sərhəddidir.
     Uşaq da qərib idi, altı yaşı vardı. Hələ əyilib yerdən daş götürməmişdi. Qulağına pıçıldamışdılar ki, "yumruğunu bərk düy, ovcunda söz var, sən bu sözü dağın o tayındakı ustaya çatdırmaq üçün doğulmusan
.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 12, 2007 2:10 | Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 99

ramindeco

Ramin DEKO

ramin_deco@box.az

 

Röyalaşmışlardansınızmı?

Şor-biznes (ifadə Zeynəb Xanlarovaya məxsusdur) haqda nə az, nə çox düz 77 dəfə yazmışam. Bununla olur 78-ci, amma son deyil. Ona görə ki,şor-bines biz istədik, istəmədik həyatımızın bir parçasına çevrilib.

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 4, 2007 20:19 | Gənclik | Şərhlər(1) | Baxış sayı: 126

Futbol əmiləri... 

  ... futbolun gəmiləri 

Azərbaycan futboluna nəzər salanda adamın lap gülməyi gəlir, ölünün lap qıdığı gəldiyi kimi...Bu futbol aləmində insan (oxu: azarkeş) özünü tənha hiss edir...Təkcə tənhamı?...

Davamı...

Açar sözlər:

Yazar: ramindeco | Tarix: Oktyabr 3, 2007 18:34 | Gənclik | Şərhlər(0) | Baxış sayı: 98

Qabaqki yazılar

  Yazılar cəmi: 8