YENİ RUH
Reklam verin!
Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!

İki günün gündəliyi 

18 avqust, şənbə.  O an gəldi. Həm sənətimi, həm də özümü doğrultmalıyam. Çətin tapşırıqdır. Düşmüşəm yollara. İş üçün müraciət etdiyim bütün marketlərdə, ofislərdə, kafelərdə müdriyyətdən başqa, kimi istəsən, görərsən. Bəlkə də, elə bilirdilər ki, vergi müfəttişiyəm.

Əlqərəz, iş tapa bilmirəm.  Axı necə tapım? Heç bir iş təcrübəm yox, özüm də əyanidə oxuyuram.   Beləcə kor-peşman üz tuturam evə. Çox qəribədir. Bu stansiyanın adı “Xalqlar Dostluğu” olsa da, stansiyanın keçidlərində dava-dalaşdan başqa, bir şey görməzsən. İsti də bir tərəfdən üzür məni.Üstəlik də bir yandan təzə körpülərdən gələn toz.    Binamızın döngəsini təzəcə keçirdim ki, birdən “səhvsiz” bir yazı gözlərimi qamaşdırdı: “Aftayuyucu mərkəzi”. İlk baxışdan mərkəz demək olmazdı, amma buranın inzibatçısını görəndən sonra fikrini dəyişirsən. Əynində zolaq  lı kostyum, yaşıl qalstuk.   Keçdim içəri. Pis qarşılamadı. Hal-əhval. Birdən mənə elə gəldi ki, buranın inzibatçısı o yox , mənəm. Keçdim mətləbə:- Mənə iş lazımdır. “Əmək müqaviləsi” bağlasaq, daha yaxşı olar.Son sözlərim inzibatçını üçün ildırım kimi vurdu. Gözlərimin içinə baxıb dedi: --Hamı necə, sən də elə. Burada heç o sözü dilinə gətirən olmayıb. Bir dedin, bir də demə. Sabah səhərdən gəl işə! 

 19 avqust, bazar. Səhər saat 7:30. Məni ancaq evdəkilər oyada bilir. Telefonun zəngi, zəngli saatın özü yuxumun qarşısında acizdir. Amma insafən bu dəfə gözümü açan kimi həyatımda ilk dəfə işə gedəcəyim yadıma düşdü. Yuxum anındaca qaçdı. Hiss etdim ki, yuxudan duran mən, Vüqar, deyiləm, başqa bir adamdır. Ona ad qoydum: işgüzar insandır. Səhər saat 8:30. Bir saat keçmədi ki, özüm öz uzaqgörənliyimdən qürur duydum.   ... Mərkəzin mərkəzində ikimiz idik: mən və inzibatçı. İşgüzar insan inzibatçının “Birinci gündən yaxşı başlamısan” tərifindən təzəcə pərvazlanmışdı ki, ilk iş gününün ilk dəqiqələrinin ilk sürprizi onu reallığa qaytardı: avtoyuyucuda su gəlmirdi... Əlimdə vedrə, qarşımda qət etməyə məhkum olduğum 20-30 metrlik məsafə. Su gəlməsə də, işgüzar insan özü qan-tər içində idi. İki saat yarıma iki maşın və ... sevinc. Təmiz, par-par palıldayan maşınlara baxdıqca uşaq kimi sevinirdim. Vaxtın necə keçdiyini  duymadım... Saat 11: 00. Yavaş-yavaş o biri işçilər də gəlirlər. İşgüzar insanın “naparniki” də gəldi. Arıq, cılız bir oğlandır, Rövşən adında. İki həftəlik iş təcrübəsi var. Səkkiz sinif bitirib. Gündəlik qazancı 2-3 manatdır. Rövşən həyatının ən acı sirrini mənə açdı: anası 10 ildir ki, əlil arabasına məhkumdur. Özündən böyük bacısı da gözdən əlildir. Atası yoxdur, ailənin “atası” odur. Söhbət edə-edə “Range rover”ləri,”07”- ləri yuyurduq. Rövşənin söhbəti acı olsa da, birlikdə işləmək həm asan idi, həm də maraqlı. Vaxt indi uçurdu.  Bir ara Rövşən gözdən itdi. Müştəriyə qəbz verib təzəcə kassadan aralanmışdım ki, gəlib çıxdı. Əlində buğlanan təndir çörəyini mənə uzadıb dedi:--Al, bacım bişirib, səhərdən acıq.

Donub qaldım. Qarşımdakı cılız bir bədənin gözlərinə baxdım. Qəribə bir sevinc vardı o gözlərdə. Rövşənin gözləri güləndə də gülmürdü..

İstədiyim “əmək müqaviləsi”nin əvəzinə iki günlük gündəlik aldım...

Vüqar AZƏRİ                                  


Açar sözlər:

Yazar: ramindeco | Tarix: Sentyabr 6, 2007 23:23 | Gənclik | Şərhlər(2) | Baxış sayı: 102

Şərhlər

1
vuqar yazıb:

cool vuqara uqurlar arzulayiram.Onun boyuk galacayi var!Yazilari bir az 60 ci illerin yazilarina oxsayir!Hormatla Ilqar (Novxanidan)

Sentyabr 9, 2007 0:35
2
Nail yazıb:

Vuqar sene ugurlar.Maraqli yazidi.Amma seni yaxindan taniyan bir shexs kimi meslehet gorurem ki ozunu satirik janrda sinasan daha yaxsi olar.Bir daha ugurlar razz

Sentyabr 23, 2007 22:53

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha