Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
Ruslara minnətdar olmalıyıq
Ramin DEKO
AQŞİNƏ SÖZÜM VAR
Azərbaycan xalqı ruslara minnətdar olmalıdır. Foytondan düşürdüb tramvaya mindirən xalqa minnətarlıq düşmürmü? Allahın salamı da?Ruslara minnətdar olmalıyıq ki, Üzeyir Hacıbəyov kimi bir insanı bəxş elətdirdi. Hansı ki, Üzeyir bəyin 15 illik müstəqillik dövründə heç atılan dırnağına bərabər olan bir insan yetişdirməmişik. Ruslara minnətdar olmalıyıq ki, bizlər üçün universitet açdı. Onlara çox sağol da düşmür? Qori seminariyasını açdı. O seminariya ki, orada Mirzə Cəlil, Firudin Bəy Köçərli yetişdi.Metroya, avtobusa necə minməyi, qadınla rəftarı ruslar bizə öyrətmədimi?Nəyin nə olduğunu onlar bizə öyrətdilər. Düzdür Səməd Vurğunu onlar bizə sırıdılar. Çox təəssüf ki, biz hələ da Səməd Vurğunu dünya şöhrətli şair sayırıq. Bir dəfə gənc bəstəkar Firudin Allahverdi köşələrinin birində qeyd edir. “Azərbaycanlı heç vaxt rusla üz-üzə otura bilməz. Çünki arxasında Puşkin poeziyası, azərbaycanlının “dalında” dursa-dursa Səməd Vurğun duracaq”. Həqiqətdə də belədir. Səməd Vurğun Puşkinlə üz-üzə gələ bilərmi? Səməd Vurğun dastan yazıb Koroğlu, Aşıq Abbas dastanları kimi. Səməd Vurğunu bizə Şekspirlə bir cərgədə qoyuruq. Heç buna görə xəlvətdə də olsa xəcalət çəkirikmi?Bəli, ruslar bizə Koroğlunu, Qaçaq Nəbini qəhrəman eləməyə qoymamışdı. Axı oğrudan qəhrəman necə olar? Onlar bizə qadağan etmişdi “novruz”u. Biz də özümüzü cırırdıq ki, bizə novruz lazımdır. Al bu da novruz lazımı səviyyə da qeyd edə bilirikmi? Maddi durumumuz buna yetirmi. Ruslar buna görə bizə imkan yaratmırdı da.Bəli müstəqil olan kimi hər şeyi elədik. Nəticəsi nə oldu? Qoz qabığı. 70 illik zəhmət puç oldu getdi.Bəs əvəzində biz ruslara nə verdik? Neftimi? Haray salmışıq ki, neftimizlə Rusiya 2-ci dünya müharibəsini qazandı. Hə, nə olsun. Neft olmasaydı Rusiya qələbə qazanmayacaqdı? O boydana Amerika kimi müdafiə edirdi? Əgər bizi əhliləşdirirdisə deməli əvəzində nəsə də almalıydı. İndi məgər qərb nefti əlimizdən almır? Bəs onlar nə verir? Guya ki, indi neft bizim əlimizdədir? Onu hansısa kasıb təbəqənin nümayəndəsi görübmü? Nə rəngdə olduğunu kimsə deyə bilərmi?Onu kimlərsə görür, amma bizlərə göstərmir. Çünki qudura, ayağa qalxa, haqqımızı tələb edə bilərik. Bax budur reallıq. Bunlara görə onlara-ruslara minnətdar olmalıyıq. Minnətdar olmalıyıq ki, qoy kimlərsə də bizə minnətdar olsunlar.
Açar sözlər:


Avqust 30, 2007 0:26Sizi destekleyirem