Bədənlərə ruh, qəlblərə nəfəs gətirək!
Ramin | |
Hara gedirik
Gediləcək yerimiz bəlli deyil
Filosofları, dahiləri, ziyalıları gənclik məfkurəsi, gənclik predmeti zaman-zaman düşündürüb, bunun həlli yolları axtarılıb. Qismən də olsa yuxarıda sadalananlar nəyisə həll etməyə cəhd göstəriblər. Bəs indi? İndiki dövrdə Azərbaycan ziyalısı bu haqda düşünürmü? Gəncliyə dar gündə (yəni indiki gündə) kömək edirmi? Yolunu azmış gəncliyə mənəvi dayaq dururmu? Düşünsəydi nəsə edərdi və ya etməyə çalışardı.
Əgər ortalıqda real bir nəticə, iş yoxdursa, nədənsə danışmağın yeri varmı? Bəlkə gənclik öz-özlüyünü düşünməlidir? Şansı heç kəsə verməməlidir?Yuxarıda verilən bütün suallar boş yerə yaranmayıb. Ümumiyyətlə, heç nəsiz heç nə yaranmır. Yəni məqsədsiz heç nə yoxdur. Deməli gənclik problemi səbəbsiz ortalıqda deyil.
Azərbaycan gənci itirilmiş mənəviyyatını "axtarmağıyla" məşğuldur. Bu tandemin uğurunu heç sezmək mümkün deyil. Yəni işin nəticəsi yoxdur.
Azərbaycan gənci mənəvi cəhətdən aşınmış vəziyyətdədir. Həqiqətən də Azərbaycan gəncini bu cürə xarakterizə edirlər.
Bəli, bu gün Faiqi, Röyanı, Nazpərini və digərlərini özünə məbud seçən Azərbaycan gəncindən nə gözləmək olar? Namiqi, Aygünu, Xatirəni şedevr sayan Azərbaycan gəncindən xarüqələr gözləmək sadəcə, sadəlövlük olardı.
Yuxarıda adları çəkilən müğənniciklər indiyədək axı hansı uğurları əldə ediblər? Bəlkə "yevravijn" də bayrağımızı ucaldıblar? "Oskar"ı qazanıblar, xəbərimiz yoxdur? Söyləyəsiniz bəlkə? Onda nə səbəbə onlar Azərbaycan gəncinin kumiridir? Bəs Azərbaycan gənci onların nəyinə vurulub? Suallar çoxdur. Cavablar isə...
Təkcə müğənnilərimizmi Azərbaycan gəncinin əxlaqını pozur? Azərbaycan ağsaqqalı, Azərbaycan ağbirçəyi də Azərbaycan gəncinin "qənimidir". Azərbaycan ziyalısı da o cümlədən. Özünü hər şeydən üstün tutan yaşlı nəsil "biz görə-görə gəlirik" deyib, gəncləri özlərindən uzaqlaşdırır. Azərbaycan gənci iki dağ arasında qalıb. "Bir dağda yaşlı nəsil, digər tərəfdə isə müğənniciklər".
Bəli, bu gün Röya əlini hansı tərəfə uzatsa, Azərbaycan gənci o istiqamətə düşünmədən gedəcək, uçurum olsa belə. Azərbaycan alimini isə saya sayan yoxdur. Etiraf edək ki, Azərbaycanın sanballı alimi şor-biznesin (ifadə Zeynəb Xanlarovaya məxsusdur-R.N) ortabab nümayəndəsi ilə üz-üzə duruş gətirə bilməz. Çünki Azərbaycan gəncinin meydanda potensialı yox dərəcəsindədir. Və olmayan potensialla nəsə iş görmək mümkün deyil...
...Azərbaycan gənci ciddi əsərlər oxumur. Təxminən bir ay bundan öncə "Yeni Müsavat" qəzetinin müxbiri Sevinc Telmanqızı köşədə yazır: "Meyxanaçı Namiqdən aldığım müsahibəni bir gündə 1250 nəfər, ancaq jurnalistlərin piketilə bağlı yazım 34 dəfə oxudu". İndi siz fərqə baxın. Azərbaycan gəncini jurnalistin həyatı yox, şou-biznes maraqlandırır.
Bəd(BAXT) Azərbaycan gənci buxovdan nə vaxt azad olacaq? O vax ki, universitetin bir mərtəbəsini 10-15 dəqiqəyə qalxan veteran müəllimlər "elm ocağından" "istefa" verəcək! O vaxt ki, müğənniciklərimiz telekanalizasiyalarımızdan "silinəcək", mavi ekrandan tamamilə tərxis olunacaq! O vaxt ki, hüquqlarımızı biləcəyik! O vaxt ki, doğrunu düzgündən ayırd edə biləcəyik! Bir sözlə, müğənniciklərimiz şor-biznesdən üzülüşənəcən...
...Azərbaycan gənci hara gedir? Balaca köşədə çalışsaq da bu suala dolğun cavab tapa bilmədik. Bəlkə də köşə bu işin öhdəsindən gələ bilməzdi və gələ bilmədi də.Çünki balaca yazıda böyük problemi həll etmək olmaz. Böyük problemləri böyük yazıda həll etmək lazımdır.
Açar sözlər:

