Təcrübəsizlik təcrübəsi
Mən təcrübəli jurnalist deyiləm. Axı nə yatdım ki, nə də yuxu görəm... Çox qəribədir ki, təcrübəsiz olaraq məhşurlaşdım... Hətta o dərəcədə ki, aylarla məndən danışdılar. Təsəvvürümə gətirə bilməzdim ki, haçansa dünyanın çox yerlərində məni tanıyacaqlar. Profesionallaşmağa macal tapmamış bir jurnalist üçün bunu qeyri-təbii sayıram - təbii ki. Bəhs etdiyim təcrübəsizliyim isə ölkəmdə gənc yazarlara bir təcrübə olmalı ki, bir il öncə mənim yaşadığımı indi onlar da yaşamasınlar.
Davamı...
Açar sözlər:

Açar sözlər:

Ölkədə sabitlikdir. Rəsmi məlumatlarda da bu, tez-tez vurğulanır. Adam oğurluğu, qətllər, soyğunçuluq, üstəgəl, Qarabağ. Hər gün telekanallarda deyilir ki, cəbhə xəttində atəşkəs (sabitlik) pozulub. İlin ötən iki ayı ərzində 12 əsgər itirmişik. Sabitlik dövründə...
Davamı...Açar sözlər: rövşən-hacıbəyli
İlham Əliyevə göndərilən.... saman çöpləri
Hər gün onlarla məktub alırıq. Açığı bu məktubları nə vaxtsa olduğu kimi, “şikayət məktubları” adlandırmaq o qədər də yerinə düşmür, bu söz məktubun mahiyyətini o qədər də aydın ifadə eləmir. Məncə, bu tip namələri “saman çöpü” adlandırsaq, məna daha dəqiq anlaşılar və fikrimcə, bundan sərrast ifadə tapmaq imkansız bir şey.
Davamı...Açar sözlər: perviz
Özündən sitat gətirmək dəbdədir, mən də geridə qalmaq istəmirəm. Bu yaxında ölkədə psixi pozuntuların artmasından yazmışam. Təsdiq elə işin ustasından gəldi. Azərbaycan Psixiatriya Assosiasiyasının rəhbəri, baş psixiatr, professor Nadir İsmayılov görün nə deyibdir.
Açar sözlər:
“Çanax başa girəndə, bil ki, hamam vaxtıdır”
(Azərbaycan atalar sözü)
Hakimiyyətin atadan oğula ötürülməsindən ya azca öncə idi, ya da artıq proses başlamışdı. O zaman “yeni”, “islahatçı komandanın” baş ideoloqlarından olan şən deputat Anar Məmmədxanov yoldaş (son çağlar qeybə çəkilib, danışmır, deyəsən, islahatların istiliyindən ağzı yanıb) Azərbaycan mətbuatının, media müstəvisinin gələcəyini necə görmək istədikləri haqda fikirlər söyləmişdi.
Açar sözlər:
Məzuniyyətdən öncəki iş
İlham Əliyev son günlər inkişafdan, iş yerlərinin açılmasından və puldan xeyli danışıb yenidən məzuniyyətə getdi. Özlüyündə normaldır, bütün ölkədə prezidentin tez-tez istirahətə və səfərlərə getməsindən, xizək sürməsindən pıçıltı və maraqla danışsalar da, şəxsən mən burada bir qəbahət görmürəm. Problem bunlarda deyil. Ölkədə bizi qane edən bir idarəçilik olsaydı, xalq Ilham Əliyevin işindən və özünün yaşayışından məmnun qalsaydı, onun xizək sürməsindən ikrahla yox, fəxrlə danışardılar.
Açar sözlər:
Sabahın Əsgəri
365 gün əvəzi
Mənim də Vətən borcunu vermək vədəm yetişdi. Iki-üç gündən sonra hamı kimi olmasa da, çoxları kimi bu vətəni qorumağa gedəcəm. Qoruya biləcəyəmmi, bunu zaman göstərəcək. Hərdən dostlar, yarızarafat, yarıciddi “gör bizi kim qoruyacaq” deyirlər. Bəlkə də haqlıdırlar, bəlkə də yox. Ama necə deyərlər, cücəni payızda sayarlar.
Açar sözlər:
Qabaqki yazılar
- Söz-baz
- Şahvələd ÇOBANOĞLU
- Heç kim köməksiz qalmayacaq
- Ramin DEKO
- Yazarla Söhbət
- Yazarla Söhbət
- Rafiq Tağı
- Ramin DEKO
- Ramin DEKO
- Yazarla Söhbət
- Rafiq Tağı
- Yazarla Söhbət
- Şahvələd Çobanoğlu
- Fəlsəfi gəzişmə
- Ramin DEKO
- Mass Media
- Yazarla Söhbət
- Hekayə
- Yazarla Söhbət




